Nikol Paşinyan Ruben Vardanyanın planlarını pozmağa çalışır SİYASİ RAKURS
Belə yerdə deyiblər ki, sən saydığını say, gör fələk nə sayacaq
Kremlin Qarabağdan tramplin kimi istifadə etməklə Ermənistanın rəhbərliyinə keçirməyə çalışdığı “desantı” Ruben Vardanyanın planlarına maneələr yaranıb. SİA xəbər verir ki, bu barədə erməni jurnalisti Anna Nadoyan yazır. Onun qeydlərinə görə, qondarma “artsaxın” saxta “dövlət naziri” kimi təqdim edilən Vardanyan “dqr”in “müdaifə qabiliyyətini”, “dağılmış iqtisadiyyatını” öz təbirincə “dirçəltməyə” çalışdığı bir vaxtda Ermənistan rəhbərliyi onun “təşəbbüslərinə” hər vəchlə maneələr yaratmağa səy göstərirlər.
Qondarma təyinatlar
Nadoyan yazır ki, Vardanyanın “dövlət naziri” təyin edilməsinin ardınca o özünə 5 nəfər “köməkçi” götürüb və eyni zamanda, “dqr”in “idarəçiliyində” dəyişikliklər etmək istəyindədir. Belə ki, əsas separatçı-quldur Araik Arutyunyanın qərarına görə, Ruben Vardanyan “enerji sektoru” istisna edilməklə qondarma və saxta quruluşun demək olar ki, bütün tərəflərini “koordinasiya” edəcəkmiş.

O cümlədən, “dövlət nazirinə” digər separatçı-quldur – sözdə “xin”ə rəhbərlik edən David Babayan da tabe olacaqmış. Belə yerdə deyiblər ki, sən saydığını say, gör fələk nə sayacaq. Çünki danılmayacaq fakt ondan ibarətdir ki bu, özlərini və ətraflarını aldadan separatçıların son nəfəsləridir.
Azərbaycan XTQ-nin antiterror əməliyyatı keçirilməsi hər şeyi birdən həll edəcək
Üstəlik, son vaxtlar Qarabağda separatçı quldurların silahlı təxribatları da intensivləşib və belə bir məqamda anidən, gecənin bir vaxtı Azərbaycan XTQ-nin antiterror əməliyyatı keçirilməsi hər şeyi birdən həll edəcək və hər şey məhz Bakının istədiyi kimi olacaq, nə Vardanyanın, nə də Paşinyanın arzuları isə çin olmayacaq. Bütü bunlar öz yerində və həmin məqam heç də uzaqda deyil. Amma...

Amma bütün bunları bilə-bilə Ruben Vardanyan Kremlin əmrini yetirməkdə və “islahatlar” aparmaqda “israrlı” olduğunu nümayiş etdirir. Bu barədə də yazan erməni jurnalisti digər tərəfdən də qeyd edir ki, məhz buna görə Nikol Paşinyan Qarabağdakı marioneti Araik Aryutunyanın vasitəsi ilə Vardanyanın planlarını alt-üst etməyə çalışır. Yəni Vardanyan öz adamlarını ətrafına topladıqca, Paşinyanın hakimiyyətinə qarşı təhlükələr də artmağa başlayır. Anna Nadoyan yazır ki, məhz bununla bağlı Paşinyan Arutyunyanı təhrik edir ki, o Vardanyanın adamları hesab edilən “güc strukturlarını” orada uzaqlaşdırsın. Əks halda, Kremlin “desantı” günün birində Qarabağdakı separatçı dəstəkçiləri ilə İrəvandakı hökumət binasına daxil olub, Paşinyanı devirə bilər, Paşinyan isə bunu istəmir...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB