"Azərbaycan hazırda dünyada söz sahibi olan dövlətlərdəndir" - DEPUTAT ŞƏRH ETDİ
"17 noyabr ölkəmizdə Milli Dirçəliş Günü kimi qeyd olunur. Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynadı". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, 1988-ci il noyabr ayının 17-də Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu, azad yaşamağa layiq xalq olduğunu bütün dünyaya nümayiş etdirdi. Xalqımız azadlığı öz gücü, cəsarəti, mübarizliyi sayəsində qazandı: "Son 17 ildə ölkəmizdə həyata keçirilən siyasi kursun mahiyyətində məhz bu amil dayanır. Prezident İlham Əliyev dərin məzmunlu və çoxşaxəli siyasi kursu ilə müstəqilliyimizi daha da möhkəmləndirib. Ən əsası da odur ki, indi Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu siyasətin nəticəsi olaraq Azərbaycan hazırda dünyada söz sahibi olan dövlətlərdəndir. Eyni zamanda Cənubi Qafqazın lideri statusunu daşıyır. Vətən müharibəsindəki Qələbə isə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində böyük rol oynadı. Azərbaycan xalqının milli azadlıq mübarizəsində əsas dönüş nöqtəsi olan və xalqın iradəsini özündə əks etdirən Milli Dirçəliş Günü münasibətilə sizi təbrik edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB