"Məqsədimiz gənclərin media sahəsində fəal iştirakını təmin etmək" - QURUM RƏSMİSİ AÇIQLADI
"Bu gün ADA Universitetində Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə bütün ali təhsil müəssisələrinin jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan 60-a yaxın tələbə üçün “Visiting Lecturer” layihəsi çərçivəsində “Rəqəmsal media və kommunikasiya” mövzusunda “MEDİA talks” açıq seminarı keçirildi". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Media İnkişafı Agentliyinin mətbuat katibi Səidə Şəfiyeva qeyd edib.
Qurum rəsmisi bildirib ki, "Rəqəmsal media və kommunikasiya” mövzusunda keçirilən “MEDİA talks” seminarında xaricdən dəvət etdiyimiz mütəxəssis Tatyana Ravalli tələbələrimizlə interaktiv formada seminarlarda sualları cavablandırdı: "Bizim bu seminarları təşkil etməkdə əsas məqsədimiz gənclərin media sahəsində fəal iştirakını təmin etmək, onları stimullaşdırmaq və eyni zamanda xarici təcrübənin öyrənilməsində yerli mediada tətbiqi yollarının göstərilməsidir. Bununla yanaşı gənclərimizə dəyişən media mühitində effektiv kommunikasiya alətlərinin qurulması yollarını göstərməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB