"Məqsədimiz jurnalistlərə xəbər istehsalının təkminləşdirilməsində yardım etməkdir" - QURUM RƏSMİSİ DANIŞDI
"Medianın İnkişaf Agentliyinin və ADA Universitetinin birgə təşkil etdiyi Audiovizual media mühitində universal jurnalist mövzusundakı təlimlərimiz artıq yekunlaşdı". SİA xəbər verir ki, bu sözləri Media İnkişafı Agentliyinin mətbuat katibi Səidə Şəfiyeva bildirib.
O qeyd edib ki, 4 gün davam edən təlimdə Əlcəzirə media şəbəkəsinin jurnalisti Mohamed Elatyeb təlimdə iştirak edən jurnalistlərə televiziya və mobil jurnalistikası ilə bağlı öz təcrübə və bacarıqlarını bölüşüb: "Həmçinin təlimdə televiziyada istifadə olunan materialın əldə edilməsi, hazırlanması, montajla bağlı proqramların öyrənilməsi və s. mövzularla bağlı fikir mübadiləsi aparılıb. Bizim bu kimi tədbirləri təşkil etməkdə əsas məqsədimiz jurnalistlərdə xəbər istehsalının təkminləşdirilməsi, keyfiyyətli xəbər kontentinin yaradılmasına nail olmaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB