"Publisistika və Köşə Yazarlığı" adlı təlim keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün ADA Universitetinin inzibati binasında Medianın İnkişaf Agentliyi və ADA Universitetinin İnkişaf və Diplimatiya İnstutunun birgə təşkilatçılığı ilə "Publisistika və Köşə Yazarlığı" adlı təlim keçirilir. SİA xəbər verir ki, təlimdə iştirak edən şəxslər 20 nəfər olmaqla media nümayəndələri, Bakı Dövlət Universitetinin müəllimləri, jurnalistlər və s. iştirak edir. Keçirilən 1 günlük seminar publisistika ilə maraqlanan jurnalistlər üçün nəzərdə tutulub.

Seminarda Agentlik, Bakı Dövlət Universiteti və ADA Universitetinin mütəxəssisləri bədii publisistika jannrlarını nəzərdən keçirərərək, Azərbaycan ədəbi dilinin publisistik üslubunu, bu üslubun yeni mediaya konvergensiya şəraitində dəyişməsini araşdıraraq,bu şəraitdə jurnalistlərə lazım olan yeni qabiliyyətləri öyrədəcək, eləcə də mövzuya dair qərb jurnalistikasının yanaşması ilə tanış olacaq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə