"Türkiyədəki həmkarlarımızın Azərbaycana səfərini təşkil etdik" - ƏHMƏD İSMAYILOV

"Bildiyimiz kimi bu gün ADA Universitetində Medianın İnkişafı Agentliyi ilə Türkiyədən gələn həmkarlarımızla birlikdə “Ənənəvi mediadan yeni mediaya keçid: qlobal trendlər və hədəflər” mövzusunda dəyirmi masa keçirilib". SİA-nın verdiyi məlumata görə, bu sözləri bu gün ADA Universitetində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Ənənəvi mediadan yeni mediaya keçid: qlobal trendlər və hədəflər” mövzusunda keçirilən tədbirdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

Onun sözlərinə görə, dəyirmi masanın mövzusu Azərbaycanda ənənəvi mediadan yeni mediaya keçidin perspektivlərinin müzakirə olunmasıdır: "Belə bir tədbirin keçirilməsində bizə dəstək olan Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Aygün Attara minnətdarlığımızı bildiririk. Türkiyədəki həmkarlarımızın Azərbaycana səfərini təşkil etdik. Bu, Azərbaycanda cənab Prezident İlham Əliyevin müvafiq fərmanı ilə başlamış bir sıra islahatların tərkib hissəsi olan medianın inkişafı istiqamətlərini müzakirə etmək üçün çox yaxşı platformadır. Ümumiyyətlə Azərbaycan ilə Türkiyə arasındakı media platforması bizə bu imkanı yaradıb. Biz bu platformadan səmərəli şəkildə istifadə edirik. Bu gün keçirilən tədbir də bu platforma çərçivəsində keçirilən tədbirdir.

Bugünkü tədbirdə nəzər yetirsək Türkiyə mətbuatı ilə yanaşı eyni zamanda Türkiyəyə akkreditasiya olunan xarici media subyektlərinin rəhbərləri də iştirak edir. Düşünürük ki, bu cür müzakirələrin aparılması Azərbaycanda islahatların həyata keçirilməsi üzrə köməklik göstərmiş olacaq".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...