"Biz günün yeniliklərindən geri qalmamalıyıq" - KAHRAMAN HALİSÇELİK

"Texnologiyanın inkişafı nəticəsində media günü-gündən inkişaf etməkdədir". SİA-nın verdiyi məlumata görə, bu sözləri bu gün ADA Universitetində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Ənənəvi mediadan yeni mediaya keçid: qlobal trendlər və hədəflər” mövzusunda keçirilən tədbirdə Türk Dövlətləri Təşkilatının mətbuat katibi, Qlobal Jurnalistlər Şurasının sədr köməkçisi Kahraman Halisçelik deyib.

Onun sözlərinə görə, bu baxımdan sosial media başda olmaqla texnoloji yeniliklərin həyatımıza böyük təsiri var: "Texnologiya bu gün o qədər inkişaf edir ki, gələcəkdə insanların televiziyaya ehtiyacı olmayacaq. Biz türk dövlətləri olaraq buna hazırlıqlı olmalıyıq. Biz günün yeniliklərindən geri qalmamalıyıq".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə