Vyanada ATƏT-in insan ölçüsü üzrə ikinci əlavə görüşü keçirilib

2022-ci il 16-17 may tarixlərində Vyana şəhərində “Böhran dövrlərində demokratik təsisatların fəaliyyəti” (The Functioning of Democratic Institutions in Times of Crisis) mövzusunda ATƏT-in insan ölçüsü üzrə ikinci əlavə görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, ATƏT-in Polşa Sədrliyi və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (The Polish OSCE Chairmanship and OSCE Office for Democratic Institutions and Human Rights (ODIHR) tərəfindən təşkil edilən görüşün üçüncü sessiyasında böhran dövrlərində media pluralizminin əhəmiyyəti, həmçinin etibarlı və keyfiyyətli informasiyaya əlçatanlığın vacibliyi kimi məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin əməkdaşları da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...