“Heydər Əliyev və müstəqil Azərbaycan mediasının inkişafı” adlı tədbir keçirilib - YENİLƏNİR - FOTOLAR
Bu gün Medianın İnkişafı Agentliyi və AZƏRTAC İnformasiya Agentliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Heydər Əliyev və müstəqil Azərbaycan mediasının inkişafı” adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Mətbuat Şurasının Sədri Əflatun Amaşov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Aslan Aslanov, tanınmış jurnalist Mixail Qusman, Milli Məclisin deputatı, jurnalist Qənirə Paşayeva və media qurumlarının rəhbərləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra isə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə video-çarx nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB