Bu gün dünyada beynəlxalq jurnalistika standartları böhran keçirir - MEDİANIN ŞÖBƏ MÜDİRİ
"Bu gün dünyada beynəlxalq hüquq kimi beynəlxalq jurnalistika standartları da, media etikasının prinsipləri də böhran keçirir, xüsusən Azərbaycana münasibətdə biz bunun şahidi oluruq". SİA-nın verdiyi məlumata görə, bu sözləri Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli bu sözləri mayın 1-də şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, media və insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq QHT-lər Sirac və Məhərrəmin öz peşə borclarını yerinə yetirərkən şəhid olmaları faktına yetəri diqqət göstərmədilər: "“Sərhədsiz Reportyorlar” hadisənin səbəbini göstərmədən təhrif olunmuş açıqlama yaymışdı. Medianın İnkişafı Agentliyi belə yanaşmaya etiraz olaraq iki Azərbaycan jurnalistinin Ermənistanın törətdiyi müharibə cinayətinin qurbanı olduqlarını, erməni hərbiçilərinin yerləşdikləri minaya düşərək həyatlarını itirdiklərini və bunun müharibənin bitməsindən yeddi ay sonra baş verdiyini bildirdik".
Qeyd edək ki, 2021-ci il iyun ayının 4-də AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov Ermənistanın 30 illik işğalından azad olunmuş Azərbaycan Respublikasının ərazilərində öz vəzifə borclarını yerinə yetirərkən Kəlbəcər rayonunun Susuzluq kəndində ermənilərin yolun hərəkət istiqamətində yerləşdirdiyi minaya düşərək şəhid olublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB