Türkiyəli tanınmış blogger Duyğu Özaslan son halı izləyicilərini təşvişə saldı

"YouTube"-da makiyaj videoları ilə məşhurlaşan fenomen Duyğu Özaslan hər addımında sensasiya yaradır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ötən günlərdə sevgilisi Can Maksim Mustafanın evlilik təklifini qəbul etdiyini açıqlayan Duyğu "İnstaqram" hesabından son paylaşımı ilə izləyicilərini təəccübləndirib. Fenomen son illər selülit və çəkisi ilə gündəm olub. O zaman fotoşəkillərində filtrlərdən istifadə edərək insanları çaşdırdığı üçün tənqid olunan Özaslan "Bulimiya Nervoza" xəstəliyi ilə mübarizə apardığını etiraf edib. Müalicədən sonra pəhriz saxlamağa başlayan və idmanla məşğul olan Duyğu Özaslan arıqlaması ilə diqqət çəkir. İzləyicilərindən bəziləri onun haqqında "İndi çox arıqsan, arıqlama" şərhini yazıb. Bloggerin son halı izləyicilərini qorxudub.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə