ABŞ əsgərlərinə öz hərbi bazalarında qalmaları tapşırıldı

Yaponiyanın Okinava və İvakuni bölgələrində ABŞ hərbi bazalarının yerləşdiyi ərazilərdə Covid-19 hallarının artmasından sonra Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi bu gün ABŞ dövlət katibi Antoni Blinken ilə görüşüb və ABŞ əsgərlərindən öz hərbi bazalarında qalmalarını istədiklərini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Yaponiyadakı hərbi qüvvələrinin sözçüsü Tomas Barger Covid-19-a yoluxmaların bir qrup tərəfindən araşdırıldığını və hərbi baza daxilində tam peyvənd olmasına baxmayaraq tibbi maska taxılmasının məcburi edildiyini söyləyib.

Qeyd edək ki, 3-cü mənfi test nəticəsinə qədər bazadan kənarda hamı üçün maska ​​taxmaq məcburi edilib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə