Kraliça Elizabet Yeni il yeməyini ləğv etdi

Keçən oktyabr ayında bir müddət xəstəxanada müalicə alan Böyük Britaniya kraliçası Elizabet ailəsi ilə birlikdə illik Yeni il yeməyində iştirak etməyəcəyini açıqlayıb. SİA xarici mətbuata istinadən bildirir ki, 95 yaşlı İngiltərə kraliçası xəstəliyi səbəbindən oktyabr ayında Londonun mərkəzində yerləşən özəl King Edvard VII xəstəxanasında bir müddət müalicə olunub. Şimali İrlandiya səfəri də daxil olmaqla proqramlara qatıla bilməyən Kraliça Elizabetə həkimləri bir müddət dincəlməyi məsləhət görüblər. Bu səbəbdən Yeni il yeməyinə qatıla bilməyəcəyini qeyd edib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə