“Dezinformasiyaya qarşı birgə mübarizə vacibdir” - Kanat İskakov

“Dezinformasiyaya qarşı birgə mübarizə vacibdir” - Kanat İskakov

“Şuşa Forumu kimi platformalar çərçivəsində ictimai rəyin manipulyasiya edilməsinin qarşısını almaq üçün ümumi həll yolları tapmalıyıq”.

SİA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Qazaxıstanın mədəniyyət və informasiya nazirinin birinci müavini Kanat İskakov IV Şuşa Qlobal Media Forumunda deyib.

O bildirib ki, informasiya mühitində dezinformasiya ilə təkbaşına mübarizə aparmaq mümkün deyil və bu istiqamətdə dövlətlərin, media qurumlarının və beynəlxalq platformaların birgə fəaliyyəti zəruridir.

Kanat İskakov qeyd edib ki, dövlət qurumları, media, vətəndaş cəmiyyəti və təhsil müəssisələri vətəndaşların informasiyanı tənqidi qiymətləndirməsi və saxta xəbərləri ayırd etməsi üçün birgə maarifləndirmə proqramları hazırlamalıdır.

Onun sözlərinə görə, bu sahədə ən effektiv yanaşma aydın alqoritmlərin və işlək mexanizmlərin tətbiqidir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə