Fransada etiraz aksiyalarında saxlanılanların sayı 450-ni keçib

Fransada pensiya islahatlarına qarşı nümayişlərdə saxlanılanların sayı 457 nəfərə çatıb.

SİA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Fransanın daxili işlər naziri Jerald Darmanen CNEWS telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, aksiyalarda 441 polis və jandarm yaralanıb.

Qeyd edək ki, 10 gündür ki, Fransa şəhərlərində pensiya islahatına qarşı kütləvi etirazlar keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə