Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanmasına xüsusi diqqət ayrılıb – TƏHLİL

İnkişaf proqramları, xüsusilə də təhsil proqramları ölkənin güclənməsi baxımından ən vacib faktorlardan olduğu bəllidir və Azərbaycanda elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanmasına xüsusi diqqətin ayrılması bu baxımdan məqsədəuyğundur. Elm, təhsil və mədəniyyət səviyyəsi ilə hər bir ökənin inkişafının ölçüldüyü də sirr deyil və məhz bu istiqamətdə davamlı olaraq mühüm işlərin görülməsi anlaşılandır, çünki elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına bu baxımdan hər zaman ciddi ehtiyac duyulur.

Nəzərə almaq lazımdır ki, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması istiqamətində ciddi islahatların keçirilməsi hər zaman, yəni bütün dövrlərdə öz aktuallığını qorumaqdadır, çünki dünyada bu sahədə hər zaman yeniliklər ortaya çıxır və inkişafdan geri qalmaq olmaz. Hətta bu sahənin inkişafının daha da sürətləndiriləsi ən doğru addım hesab olunur. Elə buna görə də ölkəmizdə hər zaman, xüsusən də müstəqilliyimizi yenidən bərpa etdikdən sonra bu sahəyə, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanmasına xüsusi diqqətin ayrılması prioritet məsələ hesab ounur.

Elmə, təhsilə maraq bizdə tarixən hər zaman olub və ölkəmizin ərazisində rəsədxanaların, dünyaca məşhur olan alimlərimizin olması bunu təsdiq edən faktlardır. Azərbaycanlı alimlərin, elm xadimlərinin bəşəriyyətə bəxş etdiyi çoxlu sayda ixtiralar var. Təkcə Lütvizadənin “Qeyri səlist məntiq” nəzəriyyəsi bunu söyləməyə əsas verir. Ölkə hüdudlarından kənarda yaşayıb ixtiralar etmiş, öz nəzəriyyəsini isbat etmiş bu alimimizi bütün dünya tanıyır, çünki faydasını bütün bəşəriyyət çox yaxşı başa düşür. Bu gün bizim qarşmızda duran ən vacib məsələlərdən biri də həmin ənənəni davam etdirmək, yenə də bəşəriyyət üçün faydalı ixtiralar, yeniliklər bəxş edən dəyərli alimər yetişdirmək, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına xüsusi diqqət ayırmaq gərəkir.

Heç şübhəsiz ki, insanların bilik səviyyəsinin artmasında, onların daha da savadlanmasında, informasiya ilə təmin olunmasında, bir sözlə, cəmiyyətin inkişafında elmi-kütləvi, mədəni-maarif, təhsil proqamlarının rolu danılmazdı. Deməli, məhz cəmiyyətin inkişafı, tərəqqisi naminə bu sahəyə, bu istiqamətdə görülən işlərə diqqət daha da artırılmalıdır. Məhz həmin proqramların icrasının təxirə salınmasına, yaxud ləngiməsinə qətiyyən yol vermək olmaz. Bir halda ki, həmin proqramlar cəmiyyətin həyatında mühüm rol oynayır, deməli onların icrası olduqca əhəmiyyətli, vacib və təxirəsalınmaz hesab olunur.

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları və onların inkişaf etdirilməsi, eləcə də təşviqi üçün ölkəmizdə internet şəbəkəsinin olması olduqca böyük imkanların movcudluğunu təsdiq edir. Təsdiq edir ki, məhz həmin proqramların hazırlanması, eləcə də təşviqi üçün geniş imkanlarımız var və bu imkanların olması həmin istiqamətdə yüksək nəticələrin əldə edilməsi üçün müsbət haldır. Həmin o internet resurslarından istifadə edərək, elmin, mədəniyyətin təbliğinə xüsusi yer ayrılması məqsədəuyğundur.

Bu gün maarifçilik əhəmiyyətli kütləvi xarakter daşıyan proqramların hazırlanmasına daha çox ehtiyac var. Çünki 44 günlük müharibənin məntiqi nəticəsi olan Zəfəri qazansaq da, informasiya müharibəsi bitməyib. Nə zaman bitəcəyi də bəlli deyil, deməli, bu proqramlara diqqət daha da artırılmalıdır. Heç şübhəsiz ki, ölkəmizin əleyhinə olan qüvvələrin fəaliyyətinə qarşı dayanmadan iş aparılmalı, şər-böhtan xarakterli kompaniyalara, yalanların ayaq tutub yeriməsinə imkan verilməməli, bunun üçün də Azərbaycanın qələbəsi, haqq işi, tarixi ədalətin bərpası uğrunda mübarizəsi və Zəfərimiz barədə bütün bəşəriyyət kifayət qədər, özü də davamlı olaraq məlumatlandırılmalıdır. Hələ bundan sonra da bu istiqamətdə iş aparılması gərəkir və deməli, Azərbaycan həqiqətəri, xalqımızın haqq işi uğrunda mübarizəsi nəsildən-nəsilə çatdırılmalı, tam dolğun informasiya ilə təmin edilməlidir ki, gələcək nəsillərimiz tarixi həqiqətləri bilsinlər və əminliklə öz milli maraqlarımızdan çıxış etsinlər. Gənc nəsil bizim tariximizi, ənənələrimizi, bizə məxsus olan dəyərlər barədə müfəssəl məlumara malik olmalı, eləcə də həqiqətlərimiz, haqq işi uğrunda mübarizə apardığımız haqda məlumatlı olmalıdır ki, dünya ictimaiyyətinə də bu məlumatları çatdır bilsin. Bu isə o deməkdir ki, məhz elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları və onların inkişaf etdirilməsinə ayrılan diqqət bir az da artırılmalıdır.

Göründüyü kimi, bu sahələrin inkişafı prioritet istiqamət sayılır və məhz buna görə də davamlı olaraq müxtəlif elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları hazırlanıb həyata keçirilir. Bunu hətta qənaətbəxş hesab etmək də olar. Məsələ burasındadır ki, bununla kifayətlənmək doğru addım sayıla bilməz. Ona görə ki, dünyanın dinamik inkişafı ilə ayaqlaşmaq gərəkir və deməli, elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları bu zamana qədər olduğu kimi, hər an diqqətdə saxlanılmalıdır.

Elmlə yanaşı, mədəniyyətimizin də qorunub saxlanılması, təbiği, inkişafı xüsusi konsepsiya ilə təsdiq edilməlidir ki, bütün mədəni dəyərlərimiz dünya ictimaiyyətinə çatdırılsın. Tarix boyu şahidi olmuşuq ki, bizə məxsus olan dəyərərə sahib çıxmaq üçün ermənilər əllərindən gələni ediblər və bundan sonra etməyəcəklərini kimsə söyləyə bilməz. Əsrin üçdə birinə yaxın müddətdə işğal altında saxladıqları ərazilərdə mədəni və dini abidələrimizi ermənilər məhv etməklə mədəniyyətimizə ciddi ziyan vurublar və indi də abidələrimizi öz adarına çıxmaq məqsədi ilə çirkin təbliğat kompaniyası aparmayacaqları inandırıcı deyil. Bu baxımdan bizə məxsus olan mədəniyyət, mədəni dəyərlər barədə bütün dünyaya çatdırılmalıdır və bu istiqamətdə aparılan, eləcə də aparılacaq işlərin vacibliyi təkzibedilməzdir. Bilirik ki, Azərbaycana məxsus olan milli-mənəvi dəyərərin dünya ictimaiyyətinə çatdırılması, eləcə də maddi-mədəniyyət abidələrinin YUNESKO-da tanınması istiqamətdində çox geniş və məqsədyönlü işlər aparılıb, hansı ki, bu işlər ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətəndirilir. Heç şübhəsiz ki, bundan sonra da bu istiqamətdə davamlı olaraq ciddi şəkildə işlər aparılmalıdır. Öz tarixi və milli-mədəni irsimizə sahib çıxmaq, onu inkişaf etdirmək, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması bu gün də prioritet məsələdir və bu gün də diqqət mərkəzindədir.

Müəllif: İnam Hacıyev

6.3.16. “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır

Bütün xəbərlər Facebook səhifəmizdə