Dini və milli tolerantlıqda DÜNYAYA ÖRNƏK OLAN AZƏRBAYCAN - TƏHLİL
Dini dözümlülüyün, birgəyaşayışı, sülhün qarantı olan dini və milli tolerantlıq, eləcə də millətlərarası münasibətlərin, tolerantlığın inkişaf etdirilməsi Azərbaycanda tarixən çox qədim köklərə malikdir və hətta digər xalqlar, millətlər, dövlətlər üçün bir nümunə, bir örnək hesab olunur. Tolerantlıq bizim milli dəyərlərimizlə tarixən həmahəng olub və dini inanclara, digər mədəniyyətlərə, adət və ənənələrə hörmətlə yanaşılması, millətlərarası münasibətlərin inkişaf etdirilməsi ölkəmizdə bu gün də prioritet olaraq qəbul edilir.
Xalqımız tarixən öz qonaqpərvərliyi, digər millətlərə, xalqlara, etnik qruplara olan həssaslığı, göstərdiyi hörməti və qayğısı ilə bütün dünya xalqları arasında seçilib, hətta bu bir nümunə kimi belə göstərilməkdədir. Sovetlər ittifaqı dövründə belə xalqımızın bu qonaqpərvərlik ənənəsi qətiyyən unudulmadı, baxmayaraq ki, həmin dövrdə millətlərarası, xalqlararası münasibətlər tamamilə başqa müstəvidə qurulmuşdu, amma bu müstəvi belə xalqımızın qonaqpərvərlik ənənəsinə zərrə qədər mənfi təsir edə bilmədi, xalqımız özünəməxsuz şəkildə olan qonaqpərvərliyini qoruyub saxladı, bu ənənə yenə də davam edir. Doğrudur, torpaqlarımızda heç bir təsir görmədən təhlükəsiz şəkildə məskunlaşan, xalqımıza məxsus sərvətlərdən gen-bol istifadə edən, yararlanan ermənilər bu ənənəmizə qarşı öz xislətlərinə uyğun olaraq nankorluqla cavab verdilər və namərd şəkildə azərbaycanlıları soyqırıma məruz qoyaraq, torpaqlarımızı işğal edərək, əsrin üçdə birinə yaxın müddət ərzində həmin əraziləri işğal altında saxladılar. Amma yenə də Azərbaycan xalqı öz milli dəyərləri arasında xüsusi yeri olan qonaqpərvərliyini, tolerantlığını qorumaqdadır və heç də haylar kimi bir qaraçı toplumu bu dəyərlərimizi, digər xalqların mədəniyyətinə, dini inancına, adət-ənənələrinə olan hörmətlə yanaşılması ənənəsini əlimizdən ala bilməz.
Bilirik ki, bütün dünyada ictimai həyatın bütün sahələri ilə əlaqədar bir sıra ciddi problemlərlə hər zaman üzləşilib və belə gərginliklərin fonunda yaranan iqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, əxlaqi-etik dəyərlərə lazımi diqqət də kölgədə qalmaq təhlükəsi işə qarşılaşıb və dünya dinləri arasında mövcud fərqlərə söykənən "sivilizasiyaların toqquşması" nəzəriyyəsi ortaya çıxdığı zaman bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arası dialoqun yaranması ən vacib məsələ olaraq qəbul edilir. Belə bir şəraitdə, belə bir halda və məqamda əlbəttə ki, müxtəlif mədəniyyətlərin qorunmasında milli-mənəvi köklərə bağlılıq və tolerantlıq ənənələri zəngin olan ölkənin, eləcə də xalqın təcrübəsi nümunə, örnək ola bilər. Məhz tolerantlıq ənənələri zəngin olan Azərbaycan həmişə olduğu kimi yenə də bir çox millətlərin, xalqların, etnik qrupların və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsi sayılır. "Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Heç vaxt Azərbaycanda milli, yaxud da ki, dini zəmində ayrı-seçkilik olmayıb, yoxdur və olmayacaq. Azərbaycanda yaşayan bütün insanlar bizim dəyərli vətəndaşlarımızdır və Azərbaycanda hökm sürən dini dözümlülük, dini tolerantlıq, əminəm ki, başqa yerlərdə də öyrənilə bilər", deyə bəyan edən Azərbaycan Respublikasının Prezindenti cənab İlham Əliyevin bu fikirləri bizə yenə də onu deməyə əsas verir ki, həqiqətən də Azərbaycan milli və dini tolerantlıqda bütün dünyaya örnəkdir.
Doğrudur, xalqımız tarixin bütün düvrlərində başqa millətlərə, xalqlara, etnik qruplara qarşı hörmətlə, həssaslıqla yanaşıb, amma müstəqilliyimizin bərpasından sonra bu ənənə dövlət səviyyəsində davam etdirilməkdədir. Xüsusilə, xalqımızın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdan Ulu Öndər Heydər Əliyevin respubilkamızda yaşayan çoxsaylı etnik qruplara və azsaylı xalqlara xüsusi diqqət göstərdiyi siyasi kurs bu gün ölkə rəhbəri cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızda dinlərarası dialoq və əməkdaşlıq sahəsində əldə olunmuş təcrübə xarici ölkələr tərəfindən yüksək qiymətləndirilir. "Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir", deyən Roma patriarxı I Varfolomey 2003-cü ilin aprel ayında ölkəmizə iki günlük səfəri zamanı əminliklə bəyan edib ki, Azərbaycanda dinindən, dilindən, millətindən aslı olmayaraq bütün insanların bir-biri ilə ünsiyyəti və dövlətin onlara münasibəti nümunəvidir.
Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, cənab Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşlər keçirir, onların ehtiyacları, qayğıları ilə yaxından maraqlanır və milli azlıqların ictimai həyatın bütün sahələrinə inteqrasiyasına, onların dini əqidə azadlığının təminatına, öz mədəniyyət və dillərini inkişaf etdirmələrinə ölkəmizdə hər çür şərait yaradılır. Deməli, Azərbaycanın din-dövlət münasibətləri modelinin daim dünyanın aparıcı dövlətlərinin nümayəndələri tərəfindən yüksək qiymətləndirilməsi heç də təsadüfi və əbəs yerə deyil. Azərbaycanda dinlər arasında tolerantlıq münasibətləri modelinin bütün Avropa ölkələri üçün pozitiv bir misal olması barədə dünyanın sayılıb-seçilən siyasətçilərinin fikirləri olduqca qürurvericidir. Çünki bu ənənə, bu model Azərbaycan xalqının milli sərvətidir və xalqımız bu sərvəti ilə, dini və milli tolerantlığı ilə dünyaya bir nümunə, bir örnəkdir.
Hazırda dünyada baş verən hadisələr, xüsusilə, dini inancların təcavüzə məruz qalması, milli və etnik dözümsüzlüyün təşviqi, insanların minilliklər boyu hörmət etdiyi dəyərlərin tapdalanması ilə müşayiət olunan balanslaşdırılmamış, neqativ və birtərəfli məlumatlar bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. Yaxın Şərqdə İslam pərdəsi altında dəhşətli qətllər törədilir. Avropa və Amerikada isə İslam əleyhinə kampaniyalar geniş işıqlandırılır. İslam pərdəsi altında həmin o dəhşətli qətillər, eləcə də İslam əleyhinə kampaniyaların geniş vüsət alması Qərb və Şərq sivilizasiyaları arasında uçurum deməkdir. Bütün bunların fonunda Azərbaycanın müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı nümunəvi ölkə olması ölkəmizin, xalqımızın dini və tolerantlıq baxımından dünyaya örnək olduğunu təsdiqləyir. Ona görə ki, bizdə milli və dini zəmində bir dəfə də olsa toqquşma, hərhansı neqativ hal müşahidə olunmayıb və müxtəlif etiqad, müxtəlif inanclara malik etnoslar ölkəmizdə yüz illərlə əmin-amanlıq şəraitində yaşayıb və bu fakt Azərbaycanda hər kəsin milli, dini, etnik ənənələrinə hörmət edən bir cəmiyyət mövcuddur, hansı ki, bu cəmiyyət bütün dünya üçün bir örnək sayılır. Tolerantlıq bizim zənginliyimiz, xalqımızın ali dəyərlərə olan sayqısı və demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi, eləcə də qanunun aliliyinə hörmətdir. Tolerantlıq cəhalətin, irqçiliyin, ksenofobiyanın olmaması, bir sözlə, əmin-amanlıq və bəşəriyyətdə sülhün təminatıdır. Elə ona görədir ki, ölkəmizə gələn qonaqlar da həmişə ürəklə və səmimiyyətlə etiraf edirlər ki, tolerantlıq baxımından Azərbaycan dünyaya nümunədir, bir örnəkdir.
Müəllif: İnam Hacıyev
6.3.15. “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB