Türkiyədə bütün daxili idman tədbirləri təxirə salınıb

Türkiyədə ötən gecə baş vermiş zəlzələ ilə əlaqədar bütün daxili idman tədbirləri təxirə salınıb. SİA-nın məlumatına görə, bu barədə gənclik və idman naziri Mehmet Kasapoğlu yerli mətbuata açıqlama verib.

O bildirib ki, tədbirlər ikinci xəbərdarlığadək keçirilməyəcək.

Qeyd edək ki, Türkiyədə 7,4 bal gücündə zəlzələ olub. Episentri Kahramanmaraş olan təkanlar nəticəsində bir neçə ətraf rayonda güclü dağıntılar qeydə alınıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə