Gender balansının təmin olunması istiqamətində uğurlu nəricələr var - TƏHLİL

İctimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutan məhz gender bərabərliyidir. Ölkəmizdə gender ənənəsi hələ ötən əstrin əvvəllərində bütün dünyanın diqqətini cəlb etmişdi. Beləki, örən əsrin əvvəllərindən Azərbaycan qadınının savadlanması, ictimai həyata qarılması gender bərabərliyindən xəbər verirdi. Halbuki, inkişaf etmiş ölkələr həmin dövrdə hələ gender bərabərliyi məsələlərində Azərbaycandan geri qalırdı və əksəriyyətində qadın hüquqları ölkəmizdəki qədər deyildi.

Şərqdə yaradılan ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyəti həm Şərqdə, həm də ümumuyyətlə islam aləmində qadına seçmək və seçilmək hüququ verən ilk respublika olaraq yadda qalıb. Ölkəmizdə həmin dövrdə başlayaraq qadınların kişilərlə bərabər azadlığı, hüququ göz önündə olub. Doğrudur, Sovet hakimiyyəti illərində qadın hüquqlarına, gender bərabərliyinə həmin dövrün, həmin o hakimiyyətin müxtəlif mənfi təsirləri olub və qadının potensialının ortaya qoyulmasıba həmin dövrün ideologiyası mənfi təsir edib. Amma etiraf edək ki, Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra qadınların ictimai həyatda rolunun artmasına tam şəkildə şərait yaradılıb. Məhz müstəqilliyimiz bərpa edildikdən sonra bu istiqamətdə ölkədə dövlət səviyyəsində bir sıra qanun və qərarlar qəbul edilib, hətta Azərbaycan konstitusiyası kişilərə və qadınlara eyni hüquqları verib.

BMT-nin “Qadınlara Qarşı Ayrı-Seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” Konvensiyanı Azərbaycan 1995-ci ildə ratifikasiya edib. Daha sonra, yəni 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin, indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncamların imzalanması da gender bərabərliyinə öz töhfəsini verib. Ulu Öndərin “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci ildə imzaladığı fərman bütün dövlət strukturlarında qadınların təmsil olunma faizinin yüksəldilməsini nəzərdə tuturdu. Qeyd edək ki, nazirlik və idarələrdə gender siyasətinə məsul koordinatorların-fokal mərkəzlərin fəaliyyət göstərməsi ölkəmizdə gender siyasətinin uğurla aparıldığını və bu istiqamətdə əldə edilən nəticələtin qənaətbəxş olduğu demək idi.

“Gender bərabərliyinin təminatları haqqında” qanunun 2006-cı ildə qəbul edilməsi ölkəmizdə cinsi mənsubiyyətə görə hər cür ayrı-seçkiliyi qadağan etdi. Azərbaycan qadınları hal-hazırda dövlət və özünüidaretmə orqanlarında, özəl sektorda yüksək postlarda çalışırlar, uğurlu nəticələr göstərirlər ki, bu da ayrı-seçkiliyin qadağan edilməsinin məntiqi nəticəsidir. Faktlar göz önündədir. Milli Məclisdə belə qadın millət vəkilləri təmsil olunurlarsa, deməli, ölkəmizdə hansısa ayrı-seçkilikdən söhbət belə gedə bilməz. Bu gün dövlət idarəçiliyində, nazirliklərdə, güc trukturlarında ən məsul vəzifələrdə qadınlar çalışırlarsa, bu o deməkdir ki, Azərbaycan qadını üçün heç bir qadağa, maneə yoxdur. Həmin o sadalanan qurumlarda təmsil olunan qadınların öz işinin öhdəsindən layiqincə gəlməsi özü isə qadınlar üçün yaradılam şəraitin müsbət nəricələr verdiyindən, uğurlu nəticələrdən xəbər verir.

Ölkəmizdə uğurlu şəkildə gender siyasətinin aparıldığı təkzib edilə bilməz və bu məsələ, bu sahə dövlətimizin daim diqqət mərkəzindədir. Bununla əlaqədar xüsusi Dövlət Proqramının qəbul olunması deyilənləri təsdiq edir. Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və əldə edilən nəticələrə baxdığımız zaman bunun şahidi oluruq. Ölkəmizdə qadınların hüquqlarının ən yüksək səviyyədə qorunması, cəmiyyətin həyatında onların fəal rol oynaması üçün yetərincə siyasi iradə və mükəmməl hüquqi baza da mövcuddur. Həmin o hüqiqi baza, milli qanunvericilik qadınların hüquqi bəranərliyini təmin etmək, hər cür ayrı-seçkiliyin qarşısının alınması üçündür və bu baza bütün ayrı-seçkiliklərin qarşısının alınmasına xidmət edir. Qadınların hüquqlarının ən yüksək səviyyədə qorunması üçün Azərbaycan bu gün gender bərabərliyi üzrə bir sıra beynəlxalq sənədlərə də qoşulub, beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq da edir. Bu çox sevindirici haldır və görürük ki, qadınlara qarşı hər cür zorakılıq hallarına görə kəskin mübarizə də aparılır, hansı ki, bu mübrizənin aparılması dövlətin prioritetlərindəndir.

Azərbaycanda dövlət quruculuğu, ictimai fəaliyyət sahəsində qadınların və kişilərin bərabər hüquqa malik olduğunu, bərabər imkanlar əldə etdiyini hər birimiz çox yaxşı görürük. Görürük ki, hazırda cəmiyyətdə iştirak və dövlət quruculuğu təmsilçiliyində qadınlarla kişilər arasında heç bir fərq yoxdur. Deməli, ölkəmizdə gender balansının təmin olunması istiqamətində uğurlu nəricələr var və əgər bu balans yenə də saxlanılırsa, qorunursa, gələcəkdə gender bərabərliyi istiqamətində daha uğurlu nəticələrin şahidi olacağıq.

Müəllif: İnam Hacıyev

6.3.18. “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə