İpoteka kreditləri üzrə müraciətlərin qəbulu təxirə salınıb

İpoteka və Kredit Zəmanət Fondu bu günə təyin edilmiş ipoteka kreditləri üzrə müraciətlərin qəbulunu qısa müddətə təxirə salıb

SİA xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycanda ipoteka kreditləri üzrə əvvəlki dövrlə müqayisədə daha çox müraciətlərin olmasını nəzərə alaraq “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə əlavə tədbirlər görülməkdədir.

İpoteka kreditləri üzrə müraciətlərin qəbulunun başlama vaxtı ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə