Rusiyalı ekspert: Moskvanın Ermənistana qarşı səbri tükənir - MÜSAHİBƏ
Aleksey Fenenko: “Paşinyanı hakimiyyətə Qərb gətirib, indi baş nazirdən borcunu ödəməyi tələb edirlər”
Ermənistanın son vaxtlar yürütdüyü siyasət Moskvanın ciddi narazılığına səbəb olub. Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko “Moskva-Bakı” portalına müsahibəsində vəziyyəti şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Aleksey Valeryeviç, Rusiya Xarici İşlər Nazirliyi rəsmisinin Ermənistanın baş nazirinin səsləndirdiyi tezislərlə bağlı açıqlamalarına əsasən, Moskvanın səbri tükənib...
- Görünür, Ermənistan Moskva ilə yaxşı münasibət qurmaq və Azərbaycanla dövlətin rifahının inkişafına imkan verən konstruktiv dövlətlərarası münasibətlər qurmaq istəmir. Ermənistanın erməni hakimiyyəti və onların Qərb kuratorlarının başqa məqsəd və vəzifələri var. Və onları həyata keçirirlər.
Moskva uzun müddət idi ki, Ermənistanda hakimiyyətə Rusiya ilə münasibətləri yaxşılaşdıracaq siyasətçinin gələcəyinə ümid edirdi. Bu cür hesablamalara Rusiyanın ekspert icması kömək etdi, onların bir çoxunda belə bir fikir formalaşdı ki, anti-Rusiya addımları, müxtəlif vaxtlarda respublikaya rəhbərlik etmiş Ermənistan liderlərinin bəyanatları- Sarkisyanın Qərbə tərəddüd etməsi və ya açıq desək Paşinyanın anti-Rusiya siyasəti- bütün erməni xalqının fikrini əks etdirmir. Digər ekspertlər Rusiyanın arxalana biləcəyi “Qarabağ klanı”, digərləri isə Ermənistanda Rusiya Federasiyası ilə münasibətləri yaxşılaşdırmaq istəyən siyasətçilərin olduğunu bildiriblər. Əslində, bunu Rusiya siyasi dairələrində və ekspert cəmiyyətində onilliklər ərzində mövcud olan nağıldan başqa bir şey adlandırmaq olmaz.
İndi deyirik - Paşinyan pisdir, Paşinyan Rusiya əleyhinə addımlar atır. Bəs belə siyasət yalnız Paşinyanın dövründə aparılıb? Serj Sarkisyanın dövründə Ermənistanla Avropa İttifaqı arasında assosiativ saziş imzalanıb, onun dövründə Ermənistanla NATO arasında qarşılıqlı fəaliyyət proqramı daim genişlənirdi. Bu tendensiyalar Sarkisyanla birlikdə Qarabağ münaqişəsinin inkişafına böyük töhfə verən Robert Köçəryanın dövründə başlayıb. Ona görə də mən deməzdim ki, Moskva ilə münasibətlərdə əvvəlki erməni siyasət “ənənələrini” məhz Nikol Paşinyan kökündən pozdu.
Bu gün Moskvanın İrəvanın bəyanatlarına və hərəkətlərinə münasibəti Rusiya hakimiyyətinin Ermənistanın anti-Rusiya təsir aləti olduğunu başa düşməsinə dəlalət edir.
Moskva da üçtərəfli bəyanatı imzalayan Paşinyanın onu yerinə yetirəcəyinə ümid edirdi. Ümidlər var idi ki, İkinci Qarabağ müharibəsi onun gözünü açdı, indi Paşinyanın Moskvadan başqa müttəfiqi yoxdur. Ermənistanın hazırkı baş nazirinin Rusiya və KTMT ilə münaqişənin genişləndirilməsinə gedəcəyinə az adam inanırdı.

- Ermənistanın addımları, bəyanatları təkcə Ermənistan-Rusiya münasibətlərinə deyil, həm də Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinin gedişinə zərbə vurur.
- Və Rusiyanın imicinə. Axı Ermənistan da, Qərb də iddia edir ki, Moskva sülhməramlı missiyasının öhdəsindən gəlməyib. Buna görə də İrəvanın bəyanatları Rusiyanı tənqid edir ki, o, Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatçısıdır və Azərbaycan guya “soyqırımı” təşkil etmək istəyərkən heç nə etmir. Halbuki, belə bir şey yoxdur. Qərb tərəfdaşlarının regiona gəlməsinə yol açmaq üçün Ermənistan qalmaqal yaratmalıdır. Və yavaş-yavaş içəri daxil olurlar.
İş o yerə gəlib ki, Nikol Paşinyan açıq şəkildə Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını tələb edir. O, artıq birmənalı olaraq buna eyham vurur, deyir ki, onlar işinin öhdəsindən gəlmirlər, Qarabağa beynəlxalq missiya göndərməsi məsələsini BMT Təhlükəsizlik Şurasında qaldırmağı təklif edirlər. Bu, cəfəngiyyatdır.
- Ermənistanda revanşist millətçilər yenidən fəallaşıblar. Onlar son günlər Gümrüdəki Rusiya hərbi bazasını və İrəvandakı Rusiya səfirliyini mühasirəyə alıblar.
- Əgər Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olduqdan sonra ilk aylarda revanşçılar “Paşinyan rədd olsun” deyə qışqıraraq ona alternativ tapmağa çalışırdılarsa, Ermənistanın indiki baş naziri onları sırf Qərbin köməyi ilə əslində müharibəyə və qisas almağa hazırlaşdığını gizləmək üçün üçtərəfli bəyanat imzaladığına inandıra bildi. İndi baş nazirin üçtərəfli bəyanat imzalamasından iki il sonra revanşistlər məsələ qaldırmağa başladılar ki, əslində, aktiv aksiyalar hardadır, bu hazırlıq haradadır, gəlin qəti addımlar ataq.
- Kreml Ermənistanın yaxın müttəfiq olduğunu deyir. Bu, həssas bir məsələyə diqqətli münasibətdirmi?
- Rusiya Ermənistanı itirmək istəmir və bütün məsələləri dəqiq həll etməyə çalışır. Müttəfiqdir, bəli, amma o qədər də yaxın deyil. NATO-nun saytına daxil olub Ermənistanın alyansla hərbi proqramlarının siyahısına baxmaq kifayətdir. Ermənistanın Rusiya ilə həmrəylikdən çıxış edib bu proqramların sayını azaltması haqda heç nə eşitməmişəm.
- Paşinyan niyə keçən il anti-Rusiya meyillərini aktivləşdirdi?
- Bu, Rusiya ilə Qərb arasında gərginləşən münaqişə fonunda əlverişli oldu. Xatırladaq ki, Paşinyan Ermənistanda hakimiyyətə Qərbin köməyi ilə gəlib. Qərb niyə onun hakimiyyətə gəlməsini dəstəklədi? Qərb heç nəyi havayı yerə etmir. Bunu xüsusi ehtiyaclar üçün etdi. Bunlar lazımdır- bu, anti-Rusiya siyasətinin aparılmasıdır. Əslində Paşinyanı Qərb bunun üçün təyin etdi və indi indiki baş nazirin köhnə borclarını ödəmək vaxtı çatıb.
- Paşinyanın həm təxribatçı bəyanatları, həm də Fransa və Aİ-nin hərəkətləri Qarabağdakı vəziyyətə kəskin mənfi təsir göstərə biləcəkmi?
- Əlbəttə, təsir edə bilər. Paşinyan Qərb tərəfdaşlarına dəstək verən bəyanatları və hərəkətləri ilə regionda hərbi münaqişəyə səbəb ola bilər. Amma başa düşmür ki, bu müharibədə mütləq uduzacaq.
İrəvanın Rusiya-Ermənistan münasibətlərinə, eləcə də Cənubi Qafqazda sülhə mənfi təsir göstərən bu cür siyasəti fonunda Moskva ilə Bakı daha da yaxınlaşacaq.
Üçtərəfli bəyanatda nizamlanmadakı bütün ssenarilər öz əksini tapıb. Yeni bir şey icad etməyə ehtiyac yoxdur, sadəcə onları həyata keçirmək kifayətdir. Ermənistan tərəfi üçtərəfli bəyanatı həyata keçirmək və bu məsələ ilə bağlı hər hansı danışıqlar aparmaq istəmədiyini açıq şəkildə göstərir.
Sonda hər şey Azərbaycanın Rusiyanın razılığı ilə Qarabağın qalan hissəsini hərbi yolla qaytarması ilə bitəcək. Əgər Paşinyan artıq Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına meyl edirsə, o zaman bu, Rusiya sülhməramlılarının Qarabağdakı missiyasının 2025-ci ildə başa çatmasına qədər də baş verə bilər.
- Bu yaxınlarda Əliyev və Paşinyan mətbuat konfransları verdilər və Azərbaycan prezidenti bildirdi ki, bu il Ermənistan tərəfi üçün Azərbaycanla sülh üçün son şans olacaq. Bu bəyanatı necə şərh etmək olar?
- Çox sadədir ki, Ermənistan bütün imzalanmış sazişləri sabotaj etməkdə davam edərsə, o zaman Bakı da bu sazişlərdən çıxa bilər ki, bu da münaqişənin yenidən başlanması deməkdir.
Əliyevin mətbuat konfransında açıqladığı kimi, üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycanın həyata keçirdiyi bir çox hərbi əməliyyatlar, ümumilikdə, Rusiya tərəfindən təmkinlə qarşılanıb. Rusiya qəti şəkildə buna qarşı deyildi. Bu ona görədir ki, Ermənistan əsas təxribatçıdır və üçtərəfli sənədin imzalanmasından sonra hərbi münaqişənin yeni mərhələlərini təhrik edən məhz odur.
Azərbaycan bu gün güclü mövqedən oynayır. Əliyevin müsahibəsi bunu bir daha göstərdi. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi onun siyasi kapitalına çevrilib və bundan öz milli maraqlarını reallaşdırmaq, regionda mövqelərini gücləndirmək baxımından istifadə etməyə çalışır.
- Əliyev bildirdi ki, Avropa danışıqlar platforması deaktivdir. Niyə Fransa və Aİ vaxtaşırı Bakıya qarşı çıxış edirlər? Özü də, Azərbaycandan qaz tədarükü baxımından ən mühüm tərəfdaş kimi danışmağa və onunla çoxlu sayda müqavilələr bağlamağa mane olmur.
- Qərbdə Ermənistanı Cənubi Qafqazda öz platforması kimi almaq, Rusiyaya qarşı yerləşdirmək istəyirlər, bu yolda onlar üçün bütün vasitələr yaxşıdır. Ona görə də Qərb əlbəttə ki, Azərbaycanla oynamayacaq. Qaz müqavilələrinin imzalanması isə- onlar gözləyirlər ki, nizamlanmada Bakının tərəfindən obyektiv olaraq ədalətlə oynamasalar belə, Azərbaycanın hələ getməyə yeri qalmayacaq və onsuz da Avropaya qaz verəcək. Əminəm ki, Avropada onlar həddən artıq lovğadırlar və özləri haqqında çox yüksək fikirdədirlər, lakin Azərbaycandan daha bir dərs alacaqlar.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB