“Media Menecmenti” təlim proqramının bağlanış mərasimi keçirilir - YENİLƏNİR-FOTO
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 3 moduldan ibarət olan “Media Menecmenti” təlim proqramının üçüncü modulu keçirilir. SİA xəbər verir ki, “Audiovizual media menecmenti” mövzusunda keçirilən üçüncü modulda Litvanın Baş nazirinin mədəniyyət üzrə ictimai müşaviri, inkişaf və innovasiyaya verdiyi töhfəyə görə iki dəfə regionun ən yaxşı marketinq direktorlarından biri seçilmiş Ornela Ramasauskaite çıxış edib.
O, iştirakçılara “Audiovizual mediada tendensiyalar, istehlakçılar və texnoloji yeniliklər”, “Audiovizual media subyektlərinin idarə olunması: Ənənəvi və müasir dövrdə üsullar və alətlər”, “Effektiv proqram siyasətinin qurulması” və s. kimi mövzularda təlim keçib, qeyd olunan istiqamətlərdə geniş fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB