“E-Köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi keçirilir - YENİLƏNİR-FOTO
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, Media Təhlil Mərkəzinin tərəfdaşlığı ilə “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi keçirilir. SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyev və Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov, Mətbuat Şurasının sədri, “525” qəzetinin baş redaktoru Rəşad Məcid, “Media Təhlil Mərkəzi” İctimai Birliyinin baş mütəxəssisi Yunis Orucov, Milli Məclisin deputatı, “Azernews” qəzetinin baş redaktoru Sevil Mikayılova, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və “Respublika” qəzetinin baş redaktoru Hümbət Musayev çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB