BABİL QÜLLƏSİ – DİLLƏRİN HAMISININ KÖKÜ EYNİDİR - I YAZI

2020-ci ilin statistikasına əsasən, dünyada 7174 dil mövcuddur. Yer kürəsi əhalisinin 80 %-i ünsiyyət vasitəsi kimi cəmi 80 dildən, 0,2 %-i isə 3.500dildən istifadə edir. Dillər müxtəlif dil ailələrində birləşir. Hind–Avropa dillərində 2,5 milyard, Çin–Tibet dillərində 1,2 milyard, Ural–Altay dillərində isə təxminən 500–600 milyon insan danışır.

Dini təsəvvürlərə görə, qədimdövrlərdəyalnızbir dil olmuş, lakin zaman və məkan amillərinin təsiri altında ayrı-ayrı dillər yaranmışdır. “Qurani-Kərim”in “Hucurat” (“Otaqlar”) surəsinin 13-cü ayəsində deyilir: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdiq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən cox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır”.

“Tövrat”ın“Yaradılış kitabı”nın 11-ci fəsli:“Nuh tufanından sonra bütün bəşəriyyət eyni dildə danışırdı. Bir müddət belə davam etdi. Sonra insanlar şərqdən Şinar (Mesopotamiya) torpaqlarına gəldilər. Onlartəkəbbürə qapılaraq qərara aldılar ki,Babil adlı nəhəng bir şəhər, həmçiningöylərədək ucalan birqüllə (Babil qülləsi)inşa etsinlər. Lakin Tanrının iradəsi ilə fərqli dillərdə danışmağa başladılar. Bir-birlərini anlamayan adamlar qüllənin inşasını dayandırmağa məcbur oldular və yer üzünə səpələndilər”. “Tövrat”ın“Babil qülləsi” hekayəsi Nuh tufanından sonra fərqli dillərin yaranmasını belə izah edir.

Məşhur linqvistlərdən H.Pederson (Danimarka), A.R.Bomhard (ABŞ), B.M.İlliç-Svitıç (SSRİ), A.P.Dolqopolski (İsrail), B.A.Dıbo (Rusiya), S.A.Starostin (Rusiya) hesab edirlər ki, Ural (fin, eston, macar, mordvin, udmurt və s.), Altay (türk, monqol, mancur, Koreya və yapon) və hind-Avropa (hind, İran, german, kelt, slavyan və s.)dillərinin kökü eynidir. S.A.Starostinin hesablamalarına görə, bu dillər bir-birlərindən təxminən 12.000 il əvvəl ayrılmışlar. Ehtimala əsasən, sözügedən dillərin ümumi əcdadı aqqlütinativ quruluşa malik olmuşdur. Qeyd etmək lazımdır ki, bugün Azərbaycan dilinin də daxil olduğu Altay, eləcə də Ural dilləri aqqlütinativ, hind-Avropa dilləri isə flektiv tiplidir.Flektiv dillərdən fərqli olaraq, aqqlütinativ dillərdə şəkilçi kök sözün formasını dəyişdirə bilmir.

Linqvistlər bu qədim dili şərti olaraq “nostratik dil” adlandırırlar. B.M.İlliç-Svitiç“nostratik dil”ə aid etdiyi sözlərdən istifadə etməklə dörd misralıq şeir də yazmışdır:

K̥elHä wet̥ei ʕaK̥un kähla

k̥aλai palhʌ-k̥ʌ na wetä

śa da ʔa-k̥ʌ ʔeja ʔälä

ja-k̥o pele t̥uba wete

Dil – zaman axarındankeçid yeridir,

Əcdadların dövrünə aparır bizi,

Amma o kəs ki, qorxur dərin sulardan

Ora gedib çıxa bilməyəcəkdir.

Beləliklə, “Babil qülləsi” (dillərin hamısının kökü eynidir) adlı yeni rubrikamızı oxucuya təqdim edirik.

Birinci yazımız “canavar” sözünün etimologiyası barədədir. Bu söz özündə əcdadlarımızın müəyyən məqamlarda keçirdikləri həyəcan, qorxu, dəhşət hisslərini əks etdirir. Amma canavar(qurd) həm də cəsarət və qorxmazlıq rəmzidir. Bu mənada o türkdilli və bəzi digər xalqların məşhur totemi kimi tanınmışdır.

Talış və gilək dillərində canavara "vərg", isveç dilində "varg" deyilir. Bu sözlər rus dilindəki «волк», ingilis və alman dillərindəki "wolf", qədim türk dilindəki "börik", müasir türk dillərindəki "bure", "bori", "börö", uqor (Ural) dillərindəki "vrqaz", "farkas", "vergiz", osetin dilindəki "birəg", zaza (kürd dilinin dialekti) dilindəki "verg" sözləri ilə eyni mənşəlidir.

Fars dilindəki "canavar" və latın dilindəki "carnivore" sözlərinin "var" və "vare" hissələri də həmin sözlə əlaqəlidir.

Yeri gəlmişkən, monqol dilində canavara "şono" və ya "çono" deyilir.

Beləliklə, aydın olur ki, hind–Avropa və türk dillərinə "canavar" ("carnivore") sözünün ikinci –"var" hissəsi, monqol və ola bilsin ki, bəzi digər dillərə isə birinci – "cana" hissəsi keçmişdir.

Ehtimal edirik ki, qədim türk dillərindəki "börk" (papaq), Avropa dillərindəki "parik" və rus dilindəki «вор»(“oğru”) sözləri də "börik" və"varq" sözlərindən törəmişdir. Maraqlıdır ki, oğruya fin və eston dillərində “varas”, çuvaş dilində “vərə”, qazax dilində isə “ürı” deyilir. Gəlin çuvaş və qazax dillərindəki“vərə” və“ürı” (“oğru”) sözlərini digər dillərdəki “büre”, “börik”, “vərg”, “verg”(“canavar”) sözləri ilə müqayisə edək!Məsələn: latın dilində oğruya“fur” deyilir,island dilindəoğru “bjofur”, canavar isə“ulfur” adlanır.Digərmisal: finvəestondillərindəoğru“varas”, macardilindəisəcanavar“farkas”dır.

Qeydolunanlarınəzərəalaraq, gümanedəbilərikki, Azərbaycandilindəki“oğru”sözüdəməhzilkin “canavar” sözününikinci – “var”hissəsindəntörəmişdir.

Lakin “canavar”ınsəyahətibunlarlabitmir.Qədimkeltmifologiyasınınəsaspersonajlarındanbiri“ogre”adlınəhəngbədheybətməxluqdur. “Ogre”adamyeyəndir, əsasənuşaqlarıoğurlayır, çoxgüclüvəyırtıcıdır.Gümanki, “ogre”sözüAvropayahansısatürkdilivasitəsiiləgedibçıxmışdır.Ammabuçoxqədimzamanlardabaşvermişdir.Eləbirdövrdəki, o vaxtcanavarıvəoğrunuifadəedənsözlərmənabaxımındanhələbir-birlərinəçoxyaxınidilər.

“Carnivore” (“yırtıcı”) – “canavar” (“yırtıcı”)– “varg” (isveç:“qurd”) – “verg” (zaza:“qurd”) – “vergiz” (erzyan: “qurd”) – “vərg” (talışvəgilək:“qurd”) – “vərə” (çuvaş:“oğru”) –“varas” (fin vəeston:“oğru”) – “farkas” (macar:“qurd”) –“vor” (rus:“oğru”) – “bori” (özbək:“qurd”) –“borz” (çeçen:“qurd”) – “bordz” (inquş:“qurd”) – “bats” (avar:“qurd”) – “barts” (lak:“qurd”) – “börö” (saxa:“qurd”) –“börü” (tuva:“qurd”) – “böri” (qazax: “qurd”) –“büre” (başqırd:“qurd”) – “bjofur” (island:“oğru”) – “ulfur” (island:“qurd”) –“fur” (latın:“oğru”) – “ürı” (qazax:“oğru”) – “ogri” (özbək:“oğru”)– “ogre” (kelt:“adamyeyən”, “uşaqoğrusu”) – “oğru” (Azərbaycan:“oğru”) – “börik” (qədimtürk:“qurd”) – “börk” (türk:“başgeyimi”) –“peruqque” (fransız:“parik”) – “pire”, “pirı” (mari:“qurd”) – “birəg” (osetin:“qurd”).

Qeyd:Yuxarıdakı siyahı sözlərin bir-birindən törəməsinin ehtimal edilən ardıcıllığı üzrə deyil, zahiri bənzərlik əsasında tərtib edilmişdir.

Ardı var…

Araz ŞƏHRİLİ

Bütün xəbərlər Facebook səhifəmizdə