İsrail Qəzzada Əl-Əqsa xəstəxanasını 14-cü dəfə hədəfə alıb

İsrail ordusu Qəzzada Əl-Əqsa Şəhidləri Xəstəxanasına hücuma keçdiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu, İsrail qüvvələrinin xəstəxanaya 14-cü zərbəsi idi.

Hökumətin Qəzzadakı media ofisi bəyan edib ki, İsrail döyüş təyyarələri Əl-Əqsa Şəhidləri Xəstəxanasını əhatə edən divarın içərisində məcburi köçkün fələstinlilərə sığınan çadırlara, eləcə də yaxınlıqdakı klinikalara hücum edib. Açıqlamada daha əvvəl 13 dəfə hədəf alınan Əl-Əqsa Şəhidləri Xəstəxanasının 7 oktyabr 2023-cü il tarixindən bu yana 14-cü dəfə İsrail ordusu tərəfindən vurulduğu qeyd edilib.

Media ofisi beynəlxalq ictimaiyyəti, Birləşmiş Millətlər Təşkilatını (BMT) və ona bağlı qurumları müharibə cinayətləri və qırğınlar səviyyəsinə çatan hücumları dayandırmaq, şəhərdəki xəstəxanalar və tibb işçilərini beynəlxalq mühafizə ilə təmin etmək üçün tədbirlər görməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə