Tələbə dostumuz - FƏRMAN ƏZİZLİ – 80

İnsan yaşlaşdıqca müdrikləşir, həyatı daha dərnindən dərk edir. İnsan ruhən gənc olarsa yaşlılıq ona o qədər də təsir edə bilməz. Yartadıcı insanlar ağıl və zehni işlərlə məşğul olçduqlarıpndan daim çalışmaqdadır. Beyin gərgin işlərkən yaşayır və insan sağlam olur. Ona görə demişlər ki, düşünürəmsə, demək yaşayıram.

Tələbə dostumuz Fərman Əzizli – “Əməkdar müəllim”, uzun illər məktəb direktoru işləmiş bu gün Qəbələ Ağsaqqalar Şurasının üzvü, fəal ictimaiyyətçi, istedadlı şair, dəyərli yoldaş Fərman ƏZİZLİ 80 yaşını tamamladı. Bu illər çox Fərman müəllim üçün çox mənalı, yararlı olmuş, insanlara, xalqa, cəmiyyətə faydalı olmuş, dəyərli evladlar böyütmüş, nəvə nəticə sahibi olmuşdur.

Odlar yurdunun şərq bölgəsində axar- baxarlı, dağlar və yaşıllıqlar qoynunda yerləşən Qəbələ rayonunun şöhrət gətirən sərvətləri ilə bərabər fəxr edəcəyi, zəhmətkeş, qeyrətli, qabiliyyətli, elmi dünyagörüşlü, savadlı yüzlərlə vətənpərvər övladlarından biri tələbə yoldaşımız olmuş, fəal ictiamiyyətçi,dərin bilik və savadı ilə fərqlənən Fərman Məhəmməd oğlu Əzizlidir.

Fərman Əzizli 1945-ci il iyulun 6-da Qəbələ rayonunda ziyalı ailəsində anadan olmuşdur. Bütün həmyaşıdları kimi o da, 1953-cü ildə ibtidai məktəbin 1-ci sinfinə daxil olmuşdur. Lakin, onun təhsil illəri yaşıdlarından fərqli olmuşdur. Belə ki, ailə vəziyyəti ilə əlaqədar olaraq gündüz məktəbinin 9-cu sinfini bitirdikdən sonra Qəbələ şəhər axşam növbəli fəhlə-gənclər məktəbində oxumuşdur. Gündüzlər əmək fəaliyyəti ilə məşğul olmuş bu yeniyetmə axşamlar təhsilini həvəslə davam etdirmişdir. Müəyyən müddət əmək fəaliyyəti ilə məşğul olmaq Fərman Əzizlini həyat çətinlikləri daha da möhkəmləndirmiş və mübariz, fəal etmişdir.

Fərman Əzizli 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul olmuşdur. Ali məktəbdə əla qiymətlərlə oxuyan Fərman təhsil illərində fəal ictiamiyyətçi, tələbə yataqxaan şurasının sədri, dəyərli yoldaş və kollektivçi olmuşdur.

Oxuduğu illərdə institutun 1200 nəfərlik yataqxanasına, 120 nəfərlik kitabxanasına, 250 nəfərlik yeməkxanasına rəhbərlik, tələbə şurasınınh sədri, fakültənin fotomüxbiri, tələbə inşaat dəstəsinin komandiri kimi ictimai vəzifələrdə fallıqla çalışmış və dərin hörmət və rəğbət qazanmışdır.

Professor Əhməd Seyidov, prof. Mərdan Muradxanov, prof. Nəmidə Abbasova, prof. Məcid İsmixanov, prof. Xəlil Fətəliyev, habelə fakülətənin dekanı dos. İsfəndiyar Vəlixanlıdan və başqa tanınmış alimlərdən dərs alan Fərman Əzizli 1971-ci ildə ali məktəbi “Əla” qiymətlərlə bitirmişdir.

Fərman Əzizli oxuduğu təhsil illərində şair Eldar Sadıqla, Məmmmədhəsən Məmmədovla, Oqtay Əliyevlə, Zəbulla Quliyevlə, Rüfət Hüseynzadə ilə yaxın dostluq əlaqələrində olmuşdur.

Onların xatirələrdən məlum olur ki, bir gün Fərman Əzizli dostlarına şad xəbər verərək, qardaşınn hərbi xidmətdən qayıtması münasibətilə dostlarını Qəbələyə qonaq dəvət etdi. Biz dostlar da çox sevindik və bu xoş günü səbirsizlikllə gözlədik. Fərman Əzizli bizim üçün hətta maşın da təşkil etdi, hazırlıq işləri gördü. Bizim dostlar arasında gözəl səsi ilə fərqlənən, müğənnni Zəbulla Quliyev və istedadlı qarmon ustası Məmmədhəsən də vardı. Biz dostlar bu səfərə çox həvəslə və hazırlıqlı olaraq getdik. Qəbələ gözəl, səfalı, mənzərəli bir yer olaraq yaddaşımıza həkk olundu. Rəhmətlik atası, anası bizi xoş sözlərlə qarşıladı, bir neçə gün evlərində qonaq saxladılar. Fərman Əzizli Qəbələnin səfalı yerlərini, tarixi abidələrini bizə göstərdi. Çox maraqlı yerlərdə olduq, xeyli maraqlı məlumatlar aldıq.

Fərman Əzizli yaşadığı Qəbələ bölgəsini çox sevir və hətta Qəbələyə şeir də həsr etmişdir ki, onun şeirinə də diqqət yetirək:

MƏNİM QƏBƏLƏM

Gözəllərin gözəlisən,
Gülşənlisən, meşəlisən.
Sevinc, fərəh mənşəlisən,
Mənim Qəbələm, mənim Qəbələm.

Bir aləmdir Duruca düzün,
Zümrüd donlu çölün, düzün,
Gəlin kimi gülür üzün,
Mənim Qəbələm, mənim Qəbələm.

Şonqar bulağın, gözəl havan,
Tükənməzdir zövü, səfan,
Camalına ellər heyran,
Mənim Qəbələm, mənim Qəbələm.

Yağış yağır narın-narın,
Deyib gülür qonaqların,
Ildən-ilə daşır varın,
Mənim Qəbələm, mənim Qəbələm.

Neçə millət qoynunda cəm,
Yaxın sirdaş, yaxın həmdəm,
Üzərindən uçub dərd-qəm,
Mənim Qəbələm, mənim Qəbələm.

Sevgilimin anası sən,
Ilk beşiyi, dünyası sən,
Gecə gündüz qəlbimdəsən,
Mənim Qəbələm, mənim Qəbələm

Fərman Əzizli təhsil illərindəki uğurları müəllimlərin diqqətini cəlb etmiş və ona institutda qalıb müəllim kimi çalışamağı təklif etmişdirlər. Lakin, ailə vəziyyəti, yaşlı atası və s. məsələlər bu imkanı əldən vermişdir.
Fərman Əzizli eyni zamanda şairlərlə də çox yaxın əlaqələri olmuşdur. Bu şairlər arasında Məmməd Araz, Eldar, Sadıq , Kələntər Kələntərli, Biləndər Hüseynov və bir çox tanınmış şairlər də var idi ki, onlarla tələbə yataqxanasında hətta görüşlər də keçirilmişdir.

Fərman Əzizli tələbələ yataqxanasının sədri kimi tələbələrin yataqxanada yaşamasına, nəzakətli davranmalarına, otaqlarının təmiz və səliqəli saxlamalarına diqqət yetirir və həta bu istiqamətdə müsabiqələr də keçirirdi.

Qeyd etmək lazımdır ki, yatqxananan qızlar yaşayan hissəsinə Tələbə yataqxana şurası xüsusi diqqət yetirir və onların rahat yaşamasını təmin edirdilər.

Fərman Əzizli dövlətçiliyimzin qorunmasında möhkəmlənməsində və Ulu Öndərimiz Heydər Əliyevin siyasi fəaliyyəti, təhsilə, maarifə qayğısı haqqında tələblər arasında geniş təbliğat işləri aparırdı.

Yataqxanada akademiyanın müxbir üzvü, Zəhmət Şahverdiyev, Universitetin rektoru Nizami Xudiyev, məktəb direktoru Ramiz Aşurov, Dos. Seyfəddin Eyvazov, Türkiyədə İstanbulun konsulu olmuş tələbə dostumuz Xeyrəddin Qocayev və başqaları yaşayaraq dəyərli ziyalı mühiti yaratmışdılar.

Yataqxana tələbələrinin ad günlərinin, əlamətdar günlərinin qeyd edilməsi bir ənənə halını almışdır ki, bu da Fərman Əzizlinin tələblərə göstərdiyi diqqət və qayğısından irəli gəlirdi.

Fərman Əzizlinin həyat və əmək fəaliyyətinə nəzər saldıqda onun mənalı, məzmunlu bir həyatını görmək mümkün olur ki, bu da qürurcverici və çox şərəflidir.

Fərman Əzizli əmək fəaliyyətinə Qəbələ şəhər ibtidai məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlamışdı. Fəaliyyətinin ilk ilində ona Maarif müdiri Firəngiz Musayeva həmin məktəbə direktor göndərmək istədiyini bildirdi. Təbiətindəki təvazökarlıq ona belə erkən məsuliyyətli işə getməyə yol vermədi.
Beş il həmin məktəbdə işlədi. Təhsil şöbəsi onun əmək fəaliyyətini yoxladı, Azərbaycan Respublikasının Əməkdar müəllimi adına layiq görülməsini məsləhət bildi. Bu təqdimatı o vaxt Maarif şöbəsinə rəhbərlik edən Əlibala Məmmədov vermişdir. Təqdimatla Maarif Nazirliyinə göndərilən Fərman müəllimə nazir Mehdi Mehdizadə məsləhət gördü ki, bu adı almaq üçün o, beş il də işləməlidir. Əməyinə yüksək qiymət verərək, o vaxt ona Azərbaycan Respublikasının Qabaqcıl Maarif xadimi fəxri adı verildi. Maarif şöbə müdiri Hüseyn Məmmədovun məsləhəti ilə Qəbələ rayonu nəzdnindəki Zərdab rayonunun Gümüşlü qışlağındakı ibtidai siniflərində dərs dedi. 1977-ci ilədək bu işi davam etdirən Fərman müəllim 1977-ci ildən Qəbələ şəhər internat orta məktəbində müəllim işləmiş, 1978-ci ildə həmin məktəbdə direktor müavini vəzifəsinə təyin edilmiş və 1980-ci ildən Qəbələ RPK-nin 1-ci katibi Niyaz Kərimovun göstərişi ilə Fərman müəllim rayonda yeni açılacaq idarəyə, Qəbələ rayonu Maarif İşçiləri evinin direktor vəzifəsini icra etmək üçün Bakı şəhərinə təsdiqə göndərimişdir. Bu vəzifədə işləyən Fərman müəllim 1984-cü ildə ehtiyaca görə Qəbələ şəhər internat orta məktəbinə direktor müavini vəzifəsinə göndərilmişdir. 2005-ci ilədək bu vəzifədə işləyən Fərman müəllim məktəbə direktor vəzifəsinə irəli çəkilmişdir. Qısa müddət ərzində məktəbə 2007-ci ildə pilot məktəbi adı verimişdir. Bu məktəb respublikada on qabaqcıl məktəblər sırasına daxil olmuşdur. Qabaqcıl məktəbə rəhbərlik edən Fərman Əzizli Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin 2008-ci il sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar müəllim” adına layiq görülmüşüdür.

İşlədiyi müddətdə metodist tərbiyəçi, baş müəllim kimi fəxri adlara layiq görülmüşdür. O Azərbaycan müəllimlərinin VI-VII qurultayına nümayəndə seçilmişdir. Hal hazırda Fərman müəllim rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvüdür. Rayonda və kənar tədbirlərdə fəal iştirak etməkdədir. Onu tanıyanlar hamılıqla ali məktəbdə oxuduğu müddətdə olduğu kimi bizim Fərman deyə çağırırlar. Fərman Əzizlini 80 illik yubiley münasibətilə təbrik edir, ona çansağlığı və işlərində uğurlar arzulayrıq. Sonda nə deyərdik? Özünün başqalarına arzuladığı üç rəqəmli ədədi biz də onun özünə arzulayırıq. 111il yaşa.

Prof. Rüfət Hüseynzadə
Məmmədhəsən Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə