...İndoneziyanın paytaxtı Cakarta dünyanın ən çox əhalisi olan şəhərlərinin reytinqində birinci yeri tutub.
SİA xəbər verir ki, bu barədə "The Guardian" qəzeti Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatına istinadən məlumat yayıb.
Araşdırmaya görə, Cakartada 42 milyon insan yaşayır. Banqladeşin paytaxtı Dəkkə 37 milyon əhalisi ilə BMT reytinqində ikinci, Yaponiyanın Tokio şəhəri 33 milyon əhalisi ilə üçüncü yerdədir.
Yeni Dehli (Hindistan) və Şanxay (Çin) də ilk beşliyə daxil olub.
Əhalini hesablamaq üçün BMT şəhər, kənd və şəhərətrafı ərazilərin sərhədlərini dəqiq müəyyən edən yeni metodologiyadan istifadə edib.
Yeni sistem vahid demoqrafik və coğrafi-məkan parametrlərinə əsaslanır və müxtəlif milli meyarlardan asılı deyil.
BMT-nin hesabatında bildirilir ki, 1950-ci ildən bəri dünyada şəhər sakinlərinin sayı iki dəfədən çox artıb. O vaxtlar 2,5 milyard insan şəhərlərdə yaşayırdı; bu gün planet əhalisinin demək olar ki, yarısı şəhərlərdə yaşayır. 1975-ci ildən 2025-ci ilə qədər olan 50 il ərzində meqapolislərin sayı səkkizdən 33-ə qədər artmışdır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB