Birinci yarımildə Azərbaycana 12 mindən çox aviareys təşkil olunub

Hava Nəqliyyatı Baş Gömrük İdarəsinə bağlı 2 idarə, 17 şöbə və 10 gömrük post fəaliyyət göstərir. Bu sözləri SİA-ya Hava Nəqliyyatı Baş Gömrük İdarəsinin nümayəndəsi Elşən Səfərli deyib.

Onun sözlərinə görə, cari ilin 6 ayında ölkəyə 12 min 322 təyyarə gəlib və 12 min 331 təyyarə yola salınıb.

“Gömrük nəzarəti zamanı yüklərin yoxlanması həyata keçirilib və nəticədə 445 min 823 manat vəsait gömrük ödənişinə cəlb edilib. Bununla yanaşı 54 cinayət faktı aşkar edilib. Gömrük nəzarəti zamanı 6 ay ərzində 1234 inzibati xəta aşkar edilərək sənədləşdirilib”, - deyə idarə nümayəndəsi əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə