Zelenski Serbiyaya yeni səfir təyin etdi

O, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi idi.

Ukrayna Prezidenti Volodimir Zelenski Oleksandr Litvinenkonu Ukraynanın Serbiyadakı səfiri təyin edib.

SİA bu barədə Ukrayna Prezidentinin 866/2025 nömrəli Fərmanına istinadən məlumat yayıb.

Fərmanda deyilir: "Oleksandr Valeriyoviç Litvinenko Ukraynanın Serbiya Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri təyin edilsin".

Bu arada, Zelenski başqa bir fərmanla Volodimir Tolkaçı Ukraynanın Serbiyadakı səfiri vəzifəsindən azad edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə