Ukrayna Prezidenti Volodimir Zelenski Oleksandr Litvinenkonu Ukraynanın Serbiyadakı səfiri təyin edib.
SİA bu barədə Ukrayna Prezidentinin 866/2025 nömrəli Fərmanına istinadən məlumat yayıb.
Fərmanda deyilir: "Oleksandr Valeriyoviç Litvinenko Ukraynanın Serbiya Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri təyin edilsin".
Bu arada, Zelenski başqa bir fərmanla Volodimir Tolkaçı Ukraynanın Serbiyadakı səfiri vəzifəsindən azad edib.
Əli Babayev