...Namibiyadakı Ompundja seçki dairəsinin məclis üzvü Adolf Hitler Uunona regional seçkilərdə qalib gələrək beşinci müddətə yenidən seçilib.
SİA xəbər verir ki, bu barədə Euronews 27 noyabrda məlumat yayıb.
...59 yaşlı Adolf Hitler Uunona 2004-cü ildən bəri Cənub-Qərbi Afrika Xalq Təşkilatının üzvü kimi Ompundja seçki dairəsini təmsil edir. Namibiya Seçki Komissiyası hələ rəsmi səs sayımının nəticələrini açıqlamasa da, çoxsaylı hesabatlar Uunonun böyük fərqlə qalib gəldiyini göstərir, - deyə nəşr bildirib.
Qeyd edilir ki, Uunona bu yaxınlarda Hitler elementini aradan qaldırmaq, yəni soyadını dəyişdirmək üçün müraciət edib.
...Uşaq vaxtı bu adın tamamilə normal olduğunu düşünürdüm. Yalnız yetkin olanda başa düşdüm: bu adam bütün dünyanı kölə etmək istəyirmiş. Mənim bunların heç biri ilə heç bir əlaqəm yoxdur, - deyə siyasətçi bildirib.
Namibiyada regional seçkilər 26 noyabrda keçirilib. Namibiyalı Hitler yerli seçkilərdə qalib gəlib və 2020-ci ildə Oşana seçki dairəsinin rəhbəri olub.
O, səslərin 85 faizini alıb.
Siyasətçi hakim SWAPO (Cənub-Qərbi Afrika Xalq Təşkilatı) partiyasından namizədliyini irəli sürüb. Karyerasının əvvəlində o, adının Üçüncü Reyx liderinin qlobal rolunu tam başa düşməyən atası tərəfindən seçildiyini qeyd etmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB