"Daha çox payız-qış aylarında günəş işığının azalması ilə əlaqəli olaraq əhval-ruhiyyənin düşməsinin yüngül formaları “payız melanxoliyası” kimi də tanınır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.
Psixoloq sözlərinə belə davam edib: “Əsas Səbəblər: Bioloji səbəblər, Gün işığının azalması ilə melatonin və serotonin balansının pozulması.Bioloji saatın dəyişməsi də ola biler. Psixoloji səbəblərden ise Hava şəraitinin tutqun olması, açıq havada fəaliyyətin azalması.Yay fəallığının bitməsi ilə gündəlik həyatın monotonlaşması.
Sosial səbəblər də ola biler:İş və təhsil tempinin artması.İnsanların daha çox qapalı mühitdə qalması.
Bəzi Əlamətlər -Yorğunluq, enerjisizlik
Yuxu və iştah dəyişiklikləri (çox yemək, çox yatmaq və ya əksinə)
Əhvalın enməsi, motivasiya azalması - Sosial münasibətlərdən uzaqlaşma
Bu depresiyanin Qarşısının alınması yollari- Daha çox gün işığından faydalanmaq: səhərlər açıq havada gəzinti. Fiziki aktivlik: idman və hərəkət endorfinləri artırır.
Sağlam qidalanma: omeqa-3, vitamin D, təzə tərəvəz və meyvələr.
Sosial dəstək: dostlarla ünsiyyəti kəsməmək.
Psixoloji üsullar: gündəlik planlama, kiçik hədəflər qoymaq, hobbilərlə məşğul olmaq.
Peşəkar yardım: əlamətlər çox güclüdürsə, mütəxəssisə müraciət etmək.
Payız depressiyası müvəqqəti hal ola bilər, amma düzgün yanaşma ilə onun qarşısını almaq mümkündür.Özünü müşahidə etmək, balanslı həyat tərzi qurmaq və lazım olduqda peşəkar dəstək almaq vacibdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə