“SƏS” Media Qrupun rəhbəri, əməkdar jurnalist Bəhruz Quliyev "Trend" BİA-nı 30 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:
"Regionun aparıcı, nüfuzlu agentliyi olan “Trend” BİA 30 yaşını qeyd edir. Peşəkar komandaya malik media qurumu olaraq dünyada tanınır və informasiyalarının dəqiqliyi və əhatəliliyinə görə sayılır və seçilir. “Trend”i lazımlı edən həm də bir neçə dildə fəaliyyət göstərməsidir. Asiya ilə yanaşı Avropa xəbər istehsalçıları arasında xüsusi çəkisi olan media resursu sağlam rəqabəti ilə tanınır.
“Trend”in bütün bölmələri maraqlıdır, təhlil və araşdırmaları, xəbərləri oxucuların marağına səbəb olur, agentliyi onlarla dostlaşdırır, doğmalaşdırır. Mənbələrdən əldə etdiyimiz məlumatlara görə “Trend” 30 illik bir tarix ərzində müxtəlif mükafatlara layiq görülüb: Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib (2010-cu ildə), Azərbaycanda "KİV sahəsində ən yaxşı şirkət" seçilib (2006-2007-ci illərdə), “İlin eksklüziv informasiya agentliyi” nominasiyasında "Brand Award Azerbaijan-2008" milli mükafatına layiq görülüb, Avrasiya Televiziya və Radio Akademiyası “Trend”i "Avrasiyada daha dinamik inkişaf edən resurs" hesab edib (2008-ci ildə).
Peşəkar komandaya sahib “Trend” BİA ailəsini 30 illik yubiley münasibətilə ürəkdən təbrik edir, çətin və məsuliyyətli fəaliyyətlərində onlara uğurlar arzulayırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə