...SİA-nın məlumatına görə, Nature Geoscience jurnalında dərc olunan araşdırmada alimlərin fikrincə, Atlantik okeanının altında yeni tektonik qırılma əmələ gəlir.
Bu tektonik qırılma güclü zəlzələ və sunami mənbəyinə çevrilə bilər.
Qeyd olunur ki, Atlantika sakit zona hesab olunurdu, lakin məlum qırılmalardan uzaqda yerləşən Portuqaliyada dəfələrlə zəlzələlər baş verib.
Elm adamları son araşdırmalarında Portuqaliyanın cənub-qərbindəki uçurum düzənliyinin seysmik müşahidələrini və kompüter modelləşdirməsini müqayisə ediblər və orada mantiya qırılması əlamətləri aşkar ediblər.
Alimlərin fikrincə, su bir neçə milyon ildir ki, süxurlara nüfuz edir və onları zəiflədir ki, bu da gələcəkdə yeni güclü zəlzələlərə səbəb ola biləcək belə bir zonanın yaranmasına səbəb olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə