Xoşbəxtlik hormonu heç də təkcə xarici amillərdən asılı deyil. Maykl Minkovun başçılığı ilə Vernen Menecment İnstitutunun (Bolqarıstan) bir qrup alimi belə qənaətə gəlib.
Ölkələr üzrə xoşbəxtlik reytinqini tərtib edən ekspertlər gözlənilməz nəticəyə gəliblər. Məlum olub ki, ən xoşbəxt adamlar Meksika, Qana, Nigeriya, Kolumbiya, Ekvadorda yaşayırlar. İran, İordaniya, Çin, Honkonq və Tayvan sakinləri də özlərini yaxşı hiss edirlər. Mərkəzi Avropa vətəndaşları da xoşbəxtdirlər, amma orta səviyyədə.
Ola bilsin, söhbət əsası bəşəriyyətin konkret ərazidə inkişafı prosesində təşəkkül tapan xüsusi genlərdən gedir. Əks halda alimlər nigeriyalıların nə üçün özlərini almanlardan daha yaxşı hiss etdiklərini izah edə bilmirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB