Antik yemək dəsti rekord qiymətə satıldı

Antik yemək dəsti rekord qiymətə satıldı

Böyük Britaniya və Hindistanın padşahı V. George üçün istehsal olunan 1400 hissəlik yemək dəsti rekord qiymətə satılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, antik dəst sonuncu dəfə 1922-ci ildə İngiltərə Şahzadəsi Edvardın ziyafət məclisində istifadə olunub. Yemək dəsti Christiesdə təşkil olunan hərracda 1,5 milyon funt sterlinq məbləğində satışa qoyulub. Dəst adının açıqlanmasını istəməyən bir kolleksiya həvəskarı tərəfindən 1 milyon 965 min funt sterlinqə alındığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə