Sağlam olmaq üçün bu şərtlərə əməl etmək lazımdır:
1. Yeməkdən dərhal sonra siqaret çəkməyin. Mütəxəssislər bildirirlər ki, yeməkdən sonra çəkilən 1 siqaret 10 siqaretin verdiyi ziyanı verir. Bu isə xərçəng riskini artırır.
2. Meyvə yeməyin. Yeməkdən dərhal sonra meyvə yemək mədənin hava ilə dolmasına səbəb olur. Meyvənin yeməkdən 1 saat öncə və ya elə həmin müddət sonra yeyilməsi orqanizm üçün faydalıdır.
3. Yeməkdən dərhal sonra çay içməyin. Yeməkdən sonra çay içmək bizdə ənənə halını alıb. Amma araşdırmalar göstərir ki, çayı yeməkdən yalnız 30-60 dəqiqə sonra içmək sağlamlığa fayda verə bilər. Çay yarpaqlarında yüksək miqdarda turşu olduğu üçün qidada olan proteinlərin mənimsənilməsini çətinləşdirir. Vitaminlərin orqanizm üçün faydalılığını azaldır.
4. Yeməkdən sonra belin kəmərini sıxmayın. Yemək yedikdən sonra belin kəmərlə sıxılması bağırsaq düyünlənməsinə səbəb ola bilər.
5. Yeməkdən dərhal sonra idman etməyin. Yeməkdən sonra gəzintiyə çıxmaq, idmanla məşğul olmaq vitaminlərin orqanizm tərəfindən tam sorulmasını əngəlləyir. Yaxşı olar ki, gəzməyə yeməkdən 1-2 saat sonra çıxasınız.
6. Yeməkdən sonra duş qəbul etməyin. Çünki çimən zaman orqanizmdə qan dövranı sürətlənir. Bu isə mədəyə gedən qanın azalmasına səbəb olur. Mədəyə qanın az getməsi isə həzm prosesini zəiflədər.
7. Yeməkdən dərhal sonra yatmaq olmaz. Bu zaman həzm prosesi çətinləşir, bağırsaqlarda və mədədə problemlər yaranır. Həzmdə yaranan problemlər çəki artımı ilə nəticələnər ki, bu da arzuolunmazdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB