Fevralın əvvəlində Dilmanc layihəsi çərçivəsində yeni onlayn lüğətin rus-Azərbaycan versiyası təqdim edilib.SİA-nın verdiyi məlumata görə, layihə müəllifləri bu gün onlayn lüğətin ingilis-Azərbaycan versiyasının istifadəyə verildiyini elan ediblər. Bu versiyada da rus-Azərbaycan versiyasına analoji olaraq, təkcə söz köklərini deyil, həmçinin istənilən söz-formanı tərcümə etmək mümkündür. Bundan əlavə, lüğətdə istənilən sözün müxtəlif tərcümə variantlarına uyğun nümunə cümlələrə baxmaq imkanı da var.
Lüğətdən istifadə layihənin saytına daxil olmaqla mümkündür. Layihə çərçivəsində lüğətin yeni versiyaları və yeni dil istiqamətləri üzərində işlər davam etdirilir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB