Ən gənc bəyin 16, ən böyüyünün isə 94 yaşı var...

...Bu ilin ilk 11 ayında Belarusda...təkcə Minskdə 13.400 nikah qeydə alınıb.

...Bu, bir növ toy bumudur.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bunu Minsk Şəhər İcra Komitəsi Baş Ədliyyə İdarəsinin rəisi Andrey Maltsev bildirib.

O, sevinclə, 2025-ci ildə Belarus paytaxtda toy sayının artdığını deyib.

Müqayisə üçün o, ötən il bundan 1500 az nikah bağlandığını diqqətə çatdırıb.

Yeri gəlmişkən, bu il ən gənc gəlinin 15, bəyin isə 16 yaşı var idi. Ən yaşlı cütlük 94 yaşlı Minsk sakini və onun 87 yaşlı gəlini idi.

Qeyd edilməlidir ki, bu il toy ildönümü qeydiyyatlarında artım müşahidə olunub.

Sevgililər Günü və "güzgü" tarixləri ən populyar tarixlər arasında qalır.

Loşitski Tarixi və Mədəniyyət Kompleksi toy mərasimləri üçün ən populyar məkanlardan birinə çevrilib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə