...İki insanın bir-birinin gözlərinə baxdığı qısa bir meditasiya təcrübəsi belə onları əhəmiyyətli dərəcədə yaxınlaşdıra bilər. Beynəlxalq alimlər qrupu göstərib ki, cəmi iki dəqiqəlik “Elə mənim kimi meditasiya” yaxınlıq hisslərini, inamı artırır və hətta iştirakçıların üz ifadələrini və ürək döyüntülərini sinxronlaşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Mindfulness” jurnalında yazı dərc olunub.
İki təcrübədə - biri onlayn, biri şəxsən - bir-birini tanımayan könüllülər ya mənim kimi meditasiya etdilər, ya da düşünmədən sadəcə bir-birlərinə baxdılar, ya da gözlərini bağlayaraq nəfəs almağa diqqət yetirərək oturdular. Meditasiya vəziyyətində iştirakçılar səssizcə bir-birlərinə baxaraq: “Eynən mənim kimi bu insan da ağrı və tənhalıq yaşadı” və ya “Mənim kimi o da sevilmək və eşidilmək istəyir” kimi ifadələri xatırlayırdı.
Bundan sonra könüllülər tərəfdaşlarını qiymətləndirdilər: onu nə qədər bəyəndilər, nə qədər mehriban və bacarıqlı göründülər və hipotetik bir güvən oyununda ona nə qədər pul verməyə hazır olacaqlar.
Təcrübə zamanı iştirakçılar arasında üz ifadələri, ürək döyüntüləri və sinxronluq dərəcəsi qeydə alınıb.
Nəticələr təsir edici idi: qəbul edilən yaxınlıq səviyyəsini əhəmiyyətli dərəcədə artırmaq üçün hətta iki dəqiqə kifayət etdi - təsir daha uzun təcrübələrin nəticələri ilə müqayisə edilə bilər.
İştirakçılar daha tez-tez bir ağızdan gülümsədilər, ürək döyüntülərini sinxronlaşdırdılar, güvən oyununda daha səxavətli oldular və tərəfdaşlarını daha mehriban və cəlbedici kimi qiymətləndirdilər.
Tədqiqatın müəllifi Vera Lüdviq “Bu sadə təcrübədir, lakin bu, insanlara bir-birini hiss etməyə kömək edə bilər”,-deyib. Alim ümid edir ki, bu yanaşmanın sadəliyi və əlçatanlığı insanları ondan istifadə etməyə ruhlandıracaq.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə