İnşaatçılar təsadüfən yaşı 1000 ildən çox olan məbədi aşkar ediblər

Taylandın Phayao əyalətində dəmir yolu çəkən işçilər təsadüfən qədim məbədi aşkar ediblər.

SİA-nın məlumatına görə, tapıntı martın 24-də edilib. Qazıntılar zamanı inşaatçılar kərpic konstruksiyalara, nilufərvari sütun altlıqlarına və hündürlüyü iki metrə çatan Buddist stupasına rast gəliblər.

Daş və sementdən hazırlanmış konstruksiya əla vəziyyətdə saxlanılıb.

Tapıntıdan sonra yerli sakinlər və rahiblər artefaktları mümkün talanlardan qorumaq üçün hasar çəkiblər.

Daha sonra stupa və aşkar edilmiş digər əşyalar öyrənilmək üçün arxeoloqlara təhvil verilib. Mütəxəssislər artıq tapıntının yaşının 1000 ildən çox olduğunu təsdiqləyiblər.
Məbədin tapıldığı ərazi qədim zamanlardan buddist ənənələri və çoxlu sayda ziyarətgahları ilə məşhurdur.

Sakinlər ümid edirlər ki, tarixi abidənin açılışı turistlərin və arxeoloqların diqqətini cəlb edəcək.

Bunu yerli “The Thaiger” nəşri yazır.

Bundan əvvəl Krımda 68 milyon il əvvəl yaşamış unikal dinozavrın qalıqları tapılmışdı. Arxeoloqlar Velikiy Novqorodda aparılan qazıntılar zamanı da qeyri-adi kəşf ediblər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə