Met Gala 2025-in proqramının təfərrüatları…

…“Vogue” jurnalının redaktorları Nyu Yorkdakı Metropolitan İncəsənət Muzeyində ənənəvi formatda keçiriləcək qarşıdan gələn Met Gala 2025-in proqramının təfərrüatlarını dərc ediblər.

Builki tədbir 18-ci əsrin əvvəllərində qaradərili kişi modasına həsr olunacaq və sərginin mövzusu Superfine: Tailoring Black Style-dir.

SİA-nın məlumatına görə, “sizin üçün hazırlanmış” adlanan tədbirin geyim tərzinə xüsusi diqqət yetirilib.

Tədbirin (əslinsə balın-A.B.) qonaqları şəxsi üslublarını ifadə etməyə imkan verəcək tələblərə riayət etməli olacaqlar, eyni zamanda onların geyimləri stilistik olaraq tədbirin mövzusu ilə əlaqəli olmalıdır.

Təşkilatçılar vurğulayırlar ki, Met Gala-da təsadüfi və ya köhnəlmiş baxışlara yer olmayacaq - hər bir geyim 18-ci əsrdə qaradərili kişi modasının tarixi əhəmiyyətinə diqqət yetirən sərginin konsepsiyasına uyğun olmalıdır.

...Tədbirin konsepsiyası üçün əsas olan sərginin kuratoru Monika Miller izah edib ki, moda elementi kimi dandiizm çox vaxt müəyyən edilmiş standartlara meydan oxuyaraq ənənəvi mədəni normalar və iyerarxiyalardan kənara çıxır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə