Yeniyetmənin ailəsi iddia edir ki, oğulları Londonda pis kampaniyaya düşüb və onun cinayətkar dəstəyə qoşulma riski var, ona görə də onu Cənubi Afrikaya göndərmək qərarına gəliblər.
Oğlan bu ittihamları tamamilə rədd edir.
13 yaşlı britaniyalı oğlan valideynləri onu başqa qitədəki internat məktəbinə qoyduqdan sonra məhkəməyə vermək qərarına gəlib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Daily Mail” yazıb.
Təhsil almağa göndərildiyi Cənubi Afrikada olarkən Britaniya konsulluğu ilə əlaqə saxlayan yeniyetmə onu aldadaraq evdən aparıldığını bildirib.
Uşağın dediyinə görə, valideynləri getməsinə xəstə qohumuna qulluq etməklə bağlı olduğunu iddia etsə də, bunun həqiqətə uyğun olmadığı üzə çıxıb. Vəkillərə müraciət edərək, o, valideynlərinə qarşı "fiziki və emosional tərk" iddiası ilə məhkəməyə başlayıb.
Yeniyetmənin ailəsi iddia edir ki, oğulları Londonda pis kampaniyaya düşüb və onun cinayətkar dəstəyə qoşulma riski var, ona görə də onu Cənubi Afrikaya göndərmək qərarına gəliblər. Oğlan bu ittihamları tamamilə rədd edir və vəkili hesab edir ki, əgər yeni yerində məktəbi və mühiti bəyənməsə, oğlan Britaniyaya qaytarılmalıdır.
Valideynlərin maraqlarını müdafiə edən vəkil öz növbəsində qeyd edib ki, yeniyetmənin fotoşəkilləri silah-sursatla tapılıb və səfərdən əvvəl məktəbə dəbli geyimdə, bahalı cihazlarla gəlib və bu, təhsil müəssisəsinin rəhbərliyində şübhə doğurub. Ailənin vəkili oğlunun istəyinə zidd olsa belə, böyüklərin qərarının qanuni olduğunu israr edir. Məhkəmə prosesi davam edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə