Yoluxanların ümumi sayı 1000 nəfəri keçib

Braziliyada meymun çiçəyinə ilk yoluxma faktı təsdiqlənib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Globo” telekanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, xəstə bu yaxınlarda İspaniyadan qayıdıb. Deyilənə görə, səfər zamanı 0, Portuqaliyaya da olub.

Beləliklə, ölkədə 8 meymuna yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, əvvəllər ilk meymun çiçəyi hadisəsi Yunanıstanda aşkarlanmışdı.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi son brifinqdə, hazırda meymun çiçəyinə yoluxanların ümumi sayının 1000 nəfəri keçdiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə