Erkən yaşdan telefon istifadəsi nə dərəcədə zərərlidir? - PSİXOLOQ AÇIQLADI
"Uşaqların telefon istifadəetmə səbəbi çox önəmlidir. Bu bir rabitə vasitəsidirmi? Oyuncaqdırmı? Yoxsa uşağın tək məşğuliyyətidir? Bu çox önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.

Onun sözlərinə görə, uşaqlara telefon istifadəsini qadağa etməyin tərəfdarı deyiləm çünki belə olan halda uşaqda əksinə maraq və həvəs oyatmış oluruq: "Doğru istifadə etdikdə telefondan da fayda almaq olur. Bu gün biz bəzi hallarda kitabdan, qəzetdən çox telefon vasitəsi ilə maariflənə bilirik. Ona görə burada uşağın tərbiyəsi, maraqları, dünyagörüşü çox önəmlidir. Uşağa telefon verdikdən sonra deyil, telefonu verməmişə qədər tərbiyyələndirmək lazımdı. Valideynlər uşağın telefon ilə oynamasından şikayət edərkən düşünməlidir ona başqa hansısa alternativ məşğuliyyət təklif edirmi? Uşaq çox zaman telefondan vaxt keçirmək üçün istifadə edir. Çünki məşğuliyyəti yoxdur darıxır.
Yetkinlik yaşına çatmamış uşaq da əlbəttə istifadə edə bilər amma əgər telefon onun 90% gününü təşkil etmirsə. Telefon rabitə və artıq əyləncə və maaiflənmə vasitəsinə çevrilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB