Dünyada koronavirusa yoluxanların sayı 426 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 426 milyonu keçib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 1 666 103 yoluxma halı və 7 523 ölüm halı qeydə alınıb.

Hazırkı dövrədək koronavirusa 426 624 859 nəfər yoluxub. Onlardan 5 899 578 nəfəri vəfat edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə