"COVID-19 və xəstəxanadaxili infeksiyalar" mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək

25 fevral 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və rəsmi tərəfdaş Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə "COVID-19 və xəstəxanadaxili infeksiyalar" mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçiriləcək. Onlayn şəkildə ZOOM platforması üzərindən həyata keçirilməsi planlaşdırılan Beynəlxalq Elmi Konfrans panel müzakirələr və sual-cavab sessiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək. Konfrans proqrama uyğun olaraq xüsusilə infeksionist, terapevt, cərrah və anestezioloq-reanimatoloq ixtisasına malik həkimlər üçün nəzərdə tutulmuşdur. Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 8 DTT balı və sertifikat veriləcək. Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!Konfransda iştirak ödənişsizdir. Hərkəs konfransda iştirak üçün dəvətlidir!

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/G5X8vQYdouNSXZtAA

Proqramla tanış olmaq üçün link: https://customshospital.az/25-fevral-covid-19-ve-xestexanadaxili-infeksiyalar/

Bütün xəbərlər Facebook səhifəmizdə