Polşada koronavirusa yoluxma hallarının azalması fonunda hökumət məhdudiyyətlərin yumşaldılması barədə qərar qəbul edib.
SİA xəbər verir ki, qərara əsasən, fevralın 15-dən etibarən koronavirusa yoluxan şəxslər 10 gün əvəzinə, 7 gün təcrid olunacaqlar. Yoluxmuş şəxslərlə ünsiyyətdə olmuş şəxslər üçün karantin öhdəliyi isə fevralın 10-dan etibarən tamamilə ləğv edilir.
Səhiyyə naziri Adam Nedzelski bildirib ki, Şengen məkanından Polşaya səfər edən, tam peyvənd olunmamış və ya xəstəlikdən sağalmış şəxslər ölkəyə daxil olarkən karantində qalmalı olmayacaqlar. Orta ümumtəhsil məktəblərinin V sinifdən yuxarı şagirdləri üçün fevralın sonunadək nəzərdə tutulan distant təhsilin müddəti fevralın 21-dək qısaldılıb.
Nazir bildirib ki, ölkədə pandemiyanın beşinci dalğasının pik həddi artıq arxada qalıb və yeni yoluxma hallarının azalması sabit tendensiyadan xəbər verir. Onun sözlərinə görə, martda bir sıra digər məhdudiyyətlər də aradan qaldırıla bilər.
Qeyd edək ki, Polşada gündəlik yoluxmaların sayı təxminən 45 min nəfərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB