“Omikron” İran parlamentinin işini dayandırdı

Prezident İbrahim Rəisinin rəhbərlik etdiyi Koronavirusa qarşı milli mübarizə qərargahının tövsiyəsi ilə İran parlamenti işini dayandırıb.

SİA -nın verdiyi məlumata görə, parlament üzvlərinin testdən keçirilməsinin nəticəsində məlum olub ki, 47 deputat koronavirusa yoluxub. Parlamentin nümayəndəsi Nizam Müsəvi bildirib ki, belə vəziyyətdə parlament öz işini davam etdirə bilməz. Bütün üzvlərin xəstələnməməsi üçün parlament müvəqqəti olaraq işini dayandırmalıdır. Onun sözlərinə görə, 47 parlament üzvü ilə yanaşı, 30 nəfər parlament aparatının əməkdaşı da virusa yoluxub.

Parlamentin işinin nə vaxt bərpa ediləcəyi isə hələlik məlum deyil. Bəzi parlament üzvləri vəziyyətin sabitləşməsinin gözləmək lazım olduğunu bildirirlər.

Nəzərə çatdırmaq lazımdır ki, son bir neçə gün ərzində İranda koronavirusun “Omikron” ştamı daha çox yayılıb. Bununla əlaqədar olaraq İranın 15 şəhəri yenidən “qırmızı zona”ya daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə