Ana südü qəbul etmək NƏYƏ FAYDALIDIR? - VACİB MƏQAMLAR - PEDİATR AÇIQLADI

"Ümumdünya Səhiyyə Təşkilatı körpələrin ilk 6 ayını yanlız ana südü ilə qidalanmasını məsləhət görür". Bu sözləri SİA-ya açıqlamasında pediatr Amalya Muradova bildirib.

Onun sözlərinə görə, 6 aydan sonra 2 yaşına qədər əlavə qida ilə ana südünün alınması tövsiyyə olunandır: "Ana südünün tərkibinin 80-85 faizi sudur. Ancaq bu adi su deyil. Bioloji aktiv sudur ki, buda yenidoğulmuş körpənin orqanizmini tərəfindən yaxşı mənimsənilir və onun suya olan tələbatını ödəyir. Bundan əlavə ana südünün tərkibində zülal, yağ, karbohidrat, nukleotid mövcuddur. Ümumiyyətlə körpənin inkişafını təmin edən bütün minerallar, vitaminlər var. Yenidoğulmuş körpələrin həzm sistemləri hələ tam formalaşmayıb deyə onların həzmi zəif olur. Ona görə də ana südünün tərkibində həmin südü özü həzm edən fermentlər var. Uşağın inkişafı üçün hormonlar, minerallar, vitaminlər, beynin inkişafı üçün əvəzsiz olan doymamış yağ turşuları (Omeqa 6, Omeqa 3) ilə zəngindir.

Ana südünün tərkibində əvəzolunmaz amin turşuları var ki, bunlar da immun sisteminin formalaşmasında iştirak edən edən DNT, RNT zəncirinin tərkib hissələridir. Həmçinin amin turşuları uşaq orqanizmi üçün enerji mənbəyidir. Yəni ana südü əvəzolunmaz qidadır. Ana südünü hec bir zaman süni qidalarla əvəz etmək mümkün deyildir. Ana südünün tərkibində 400-ə yaxın komponent aşkar olunub. Ana südü ideal qidadır. Yəni ana südünün tərkibindəki zülallar, yağlar, karbohidratlar başqa məməlililərin südündə də vardır. Ancaq ana südünün tərkibində bunların nisbəti ən ideal nisbətdir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...